Dilbər guşə İsmayıllıda aqroekoturizm təcrübəsi

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!

 

Lakeside Gardenİsmayıllı

Dilbər guşə İsmayıllıdaaqroekoturizm təcrübəsi

Qafqaz Albaniyasının izlərini özündə daşıyan İsmayıllı təkcə tarixi abidələri, yaşıllıqlara qərq olunmuş təbiəti, xalq sənətkarlığı və şərabları ilə öyünmür, bura həm də aqroekoturizmin günbəgün inkişaf etdiyi şəhərdir. Qısa müddətlik də olsa, şəhər həyatının səs-küyündən uzaqlaşıb kənd həyatının sehrində ilişib qalmaq gözəl səslənir, elə deyilmi?

Məhz İsmayıllının Təzəkənd kəndində yerləşən Lakeside Garden arzusunda olduqlarınızı daha da yaxın edir. Turistlərin hər ay axın etdiyi “Lakeside Garden – İsmayıllı” aqroekoturizm təsərrüfatı bir sosial sahibkarlıq subyekti kimi yola çıxaraq həm şəhər əhalisi, həm də turistlər üçün alternativ istirahət olan aqroekoturizm təcrübəsi təklif edir. Vəlbinə gölünün sahilində, meşənin düz kənarında yerləşən bu ailə təsərrüfatına öncədən rezervasiya edərək orqanik kənd məhsullarından, ocaqda hazırlanan dadlı-tamlı yeməklərdən dadıb təbiət qoynunda kempinq edə bilərsiniz. Həmçinin kənd əhalisinin məhsullarından əldə etsəniz, təsərrüfatın inkişafında sizin də payınız olacaq. Sərgüzəştlər burada yekunlaşmır! Musiqi festivallarının təşkili, aqroekoturlar, kənd evi və ya çadırda gecələmə, yeniyetmə və gənclər üçün düşərgələr, əl işləri və kənd məhsullarının yarmarkası, yerli əhali və qonaqlar üçün müxtəlif ödənişsiz sosial fəaliyyətlər və bu kimi tədbirlər təsərrüfatda tapa biləcəyiniz xidmətlər sırasındadır. 

Dilbər guşə İsmayıllıda aqroekoturizmin ilin istənilən vaxtı - yazda da, yayda da, payızda da, qışda da öz ləzzəti olur!  

Ətraflı məlumat üçün:
Ünvan: İsmayıllı rayonu, Təzəkənd kəndi
Tel.: +99450 632 01 84 

instagram səhifəsinə keçid
Dilbər guşə İsmayıllıda | aqroekoturizm təcrübəsi
QALEREYA

İsmayıllıda aqroekoturizm təcrübəsini sınayın

xəritədə bax

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

İsmayıllıdadigər fəaliyyət növləri

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Lahıcda misgərlərlə ünsiyyət
Lahıcda misgərlərlə ünsiyyət
Intangible Cultural Heritage

Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun