Buludlara yaxınlaşın və ruhunuzu sakitləşdirin
Azərbaycanın şimal-şərqində yerləşən Quba Qafqaz dağlarını gəzmək istəyənlər üçün ən uyğun yerlərdəndir. Qubanın dağ kəndlərində müxtəlif azsaylı xalqlar yaşayır. Burada gəzintiyə çıxa və ekoturizm fəaliyyətlərindən yararlana bilərsiniz. Şəhərin özündə maraqlı kulinariya sirlərini öyrənə, ətraf kəndlərdə isə yerli qadınların toxuduğu Qafqazın ən gözəl xalçalarını görə bilərsiniz.