İpək yolunun ab-havasını hiss edin
Bir vaxtlar əfsanəvi İpək Yolunda yerləşən və mühüm əhəmiyyətə malik dayanacaq rolunu oynamış, Azərbaycanın şimal-qərbindəki bu valehedici şəhər turizm incilərimizdən biridir. Qədim Qafqazın ticarət mərkəzinin ab-havasını hiss etmək, şəhərin sənətkarlıq emalatxanaları və karvansarayları, çay daşları ilə döşənmiş küçələri, rəngarəng şirniyyat mağazalarını gəzməkdən həzz almaq üçün bu tarixi diyara - YUNESKO Ümumdünya İrsi siyahısına salınmış Şəkiyə üz tutun.