kiçik kitabların böyük kolleksiyası

Bakıda yerləşən Miniatür Kitab Muzeyində eksponatlar o qədər kiçikdir ki, rahatlıqla bir ovuca yerləşər. İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyində kibrit qutusu və poçt markası, hətta daha kiçik ölçüdə nəşrlərə rast gələ bilərsiniz.

kiçik kitablarınböyük kolleksiyası

İçərişəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşən Miniatür Kitab Muzeyində 76 ölkədən təxminən 8 000 miniatür kitab saxlanılır. Burada kibrit qutusu, yaxud poçt markası böyüklüyündə nəfis şəkildə tərtib olunmuş müxtəlif janr və mövzulara aid kitablara tamaşa edə bilərsiniz. Bundan başqa, dünyanın ən kiçik kitabı da kolleksiyaya daxildir. Ölçüsü 2x2 mm olan bu kitabın yazılarını və şəkillərini yalnız lupanın köməkliyi ilə oxumaq mümkündür.

Dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş muzey turistlərin sevimli yerlərindən biridir. Ölçüsü 10x10 mm-dən çox olmayan kitabların kolleksiyasını başqa harada görmək olar ki?! Onlar arasında nadir rast gəlinənlər də var: 1672-ci ildə çap olunmuş qədim “Qurani-Kərim”, Puşkinin “Yevgeni Onegin” poemasının müəllifin sağlığında dərc edilmiş nəşri, 1815-ci ildə Londonda çap olunmuş “İngiltərə tarixi”nin nüsxəsi və digər çox nadir nəşrlər. Bu heyrətamiz kolleksiyanın yığılmasına Krılovun təmsillərinin 1835-ci ilə aid faksimil nəşrinin əldə edilməsi ilə başlanmışdır.

Muzeyin direktoru, böyük kitab həvəskarı və mütəxəssisi Zərifə Salahova bu kitabı 1982-ci ildə Moskvadan almış, sonradan isə miniatür kitablara yaranmış böyük sevgisi ilə bu qeyri-adi muzeyi yaratmışdır. Muzey bazar ertəsi və cümə axşamı günləri istisna olmaqla, hər gün saat 11:00-dan 17:00-dək açıq olur. Giriş pulsuzdur, amma muzeyin ekspozisiyasını genişləndirmək və muzeyi saxlamaq üçün müəyyən məbləğdə ödənişlər də müsbət qarşılanır.

kiçik kitabların | böyük kolleksiyası
QALEREYA

Dünyanın ən kiçik kitablarını öz gözlərinizlə görün

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
6.7°C
Orta:
3.6 – 8.1°C / 38.5–46.6°F

Temperaturu hiss et

Hazırda:
-3°C
Orta:
-4.2 – -0.4°C / 24.4–31.3°F

Külək

Hazırda:
  • Periods of rain this morning
  • Şimal-Şimal-Qərb
  • sürət 33.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

xəritədə bax

Bakıdadigər fəaliyyət növləri

naxışlardakı ilhamvericilik  Kilimçi studiyası
naxışlardakı ilhamvericilik Kilimçi studiyası
Xalq sənətkarlığı

naxışlardakı ilhamvericilik Kilimçi studiyası

Azərbaycanın zəngin mədəni irsini Kilimçi Studiyasında kəşf edin! 2016-cı ildən bəri fəaliyyət göstərən bu yaradıcılıq məkanı xalçaçılıq, dulusçuluq, kəlağayı... Daha ətraflı

müasir incəsənət rənglərin dili ilə
müasir incəsənət rənglərin dili ilə
Muzeylər və qalereyalar

müasir incəsənət rənglərin dili ilə

Bakıda qalereyaların və incəsənət məkanlarının sayı ilbəil artır. Həftəsonu bu qalereyalara baş çəkərək müasir Azərbaycan... Daha ətraflı

Bakıda seçilən bitki mənşəli qida restoranları
Bakıda seçilən bitki mənşəli qida restoranları
Qida, içki və gecə həyatı

Bakıda seçilən bitki mənşəli qida restoranları

Bakının mədəni həyatı canlandıqca onun mətbəxi də dünya kulinariya nümunələri, eləcə də bitki mənşəli xörəklər... Daha ətraflı

dəmir yolu tarixinə səyahət
dəmir yolu tarixinə səyahət
Muzeylər və qalereyalar

dəmir yolu tarixinə səyahət

Şəhərin mərkəzində 28 May stansiyasının yaxınlığında yerləşən Azərbaycan Dəmiryol Muzeyi ziyarətçilərə Azərbaycanda dəmir yolu nəqliyyatının... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun