Xızı - fərqli təbiət, zəngin mədəniyyət
Xəzər dənizində kaytsörfinqdən tutmuş rəngarəng dağlarda gəzintilərə qədər Bakıya kifayət qədər yaxın yerləşən Xızı rayonunun nadir heyrətamiz mənzərələri turistləri biganə qoymayacaq. Burada dağlar və dəniz arasındakı dəhliz ornitoloji turizmlə maraqlananlar üçün mühüm dayanacaqlardandır. Zəvvarların üz tutduğu Beşbarmaq dağı və meşələri ilə göz oxşayan Altıağac da Xızının ən çox ziyarət olunan məkanlarıdır.