alovlar məskənindəhəyəcanlı təcrübə
Yanardağın yerləşdiyi ərazi və ona yaxın yerlər öz maraqlı landşaftı ilə seçilir. Neft qalıqlarından əmələ gəlmiş qaya parçaları ilə dolu Qırməki vadisi, vulkanik partlayışların ardınca yağan yağışlardan sonra yaranmış mağaralar – Qurd mağarası, dovşan, tülkü yuvaları, yerdən qaynayan təbii kükürdlü sular ərazini səyahətçilər üçün daha da cəlbedici edir. Qeyri-adi landşafta malik olan bu ərazi həm səyahət, həm də mənzərə sevənlərə elektrikli skuterlərlə tur zamanı unudulmaz anlar bəxş edir. Aşma təhlükəsi olmayan bu skuterlər vasitəsi ilə tur bələdçisinin ardınca bütün ərazini gəzmək imkanınız olacaq. İstifadə edəcəyiniz skuter təyin olunmuş marşrut nəzərə alınmaqla tamamilə təhlükəsiz olaraq seçilir. Tura başlamadan öncə hər bir səyahətçi sürüş təlimi, turun qaydaları və təhlükəsizlik şərtləri barədə məlumatlandırılır, eyni zamanda iştirakçılara qoruyucu dəbilqə təqdim edilir.
Həm Yanardağı, həm də Bakının neft tarixinin önəmli səhifəsini özündə yaşadan Balaxanı qəsəbəsini elektrikli skuterlə dolaşmaqla bu məkanlarda həyacanlı təcrübənin zövqünü yaşayın.
Əlavə məlumat üçün:
Tel: +99451 277 3698
ezone.az