Tahir Salahovunrənglər dünyası
2012-ci ildə, hələ rəssamın sağlığında təşkil edilən muzeyin ekspozisiyası Azərbaycanın Xalq rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub, onun rəsm əsərləri və şəxsi arxivindən ibarətdir. Rəssam muzeyə 735 eksponat hədiyyə etmişdir; onların arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxivi var. Üç mərtəbədən ibarət olan muzeyin sonuncu mərtəbəsindən rəssam vaxtilə emalatxana kimi istifadə etmişdir. Muzeydə Tahir Salahovun müasirlərinin – Qara Qarayev, Fikrət Əmirov, Mstislav Rostropoviç, Dmitri Şostakoviç və digər görkəmli sənətkarların rəssamın fırçasından çıxmış portretləri, çox sayda natürmort, kompozisiya və başqa janrlarda yaratdığı əsərləri nümayiş etdirilir. Rəssamın memorial əşyaları, ictimai fəaliyyətini əks etdirən şəkillər də qonaqların marağına səbəb olacaq. Ev-muzeyi həftənin bazar ertəsindən başqa bütün günlər saat 10:00-dan 18:00-dək ziyarətçilərinin üzünə açıqdır. Biletləri muzeyin girişində əldə etmək olar.
Ətraflı məlumat üçün:
Tahir Salahovun ev muzeyi
Ünvan: Bakı ş., İlyas Əfəndiyev küç. 3
Tel.: +99412 492 1080
museum.az/az/museum/125