atçılıq mərkəzlərindəistirahət
Azərbaycan qədim dövrlərdən bəri atçıları və əlbəttə ki, dözümlü və gözəlliyi ilə seçilən atları ilə tanınıb. Bu məqamda Qarabağ atlarının dünya şöhrətini unutmaq olmaz. Özünüzü əsl çapar kimi hiss etmək istəyirsinizsə, mütləq Bakıda yerləşən atçılıq mərkəzlərinə üz tutun. Bakının Binə qəsəbəsində yerləşən “Elite”, Mehdiabadda yerləşən “Ömər”, şəhər mərkəzinə yaxın “Cıdır” mərkəzləri həvəskar atçıların üzünə açıqdır. Milli oyunlarımızla daha yaxından tanış olmaq istəyirsinizsə, Bakıdakı atçılıq mərkəzlərində keçirilən çovqan yarışlarını izləmək fürsətini də əldən buraxmayın.