Qəbizdərə – Honzoqor – Car marşrutu üzrə haykinq

Marşrut Qəbizdərə kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndində başa çatır. 

Qəbizdərə – Honzoqor – Car marşrutuüzrə haykinq

Qəbizdərə – Honzoqor – Car marşrutu

Qəbizdərədə Azərbaycanın ən gursulu şəlalələrindən biri yerləşir. Car kəndinin ən məşhur abidəsi isə Cingöz, Çingiz və ya Cigiz adlı 16-cə əsrə aid kiçik qaladır. Cara gedən yol boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, texniki cəhətdən asandır – cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Xəritəni yükləyin

MƏSAFƏ: 15,6 KM

YOXUŞ: 1350 M

ENİŞ: 1000 M

MAKS. HÜNDÜRLÜK: 1850 M

MİN. HÜNDÜRLÜK: 550 M

MÜDDƏT: 7 SAAT 55 DƏQ

 

Başlanğıc nöqtəsindən təqribən 3,5 km meşə yolu ilə qalxdıqdan sonra yaylağa qalxan cığır yoldan sola ayrılır. Aydın dolayı cığır 2 km irəlidə açıqlığa çıxır, 600 m irəlidə düşərgə yerinin yanından keçərək Honzoqor yaylağına çatır. 

Car kəndinə düşən cığır yaylağın qərb qurtaracağından başlayır. Dağlara doğru uzanan sirtın sol yamacı boyunca az meyilli yoxuşla davam edən cığır 2 km irəlidə iki təpənin arasındakı düz sahəyə çıxır və sirtın sağ tərəfinə keçərək aşağıya doğru enməyə başlayır. İki tərəfdən meşəli dərələrlə əhatələnmiş sirt boyunca enən dolama cığır təqribən 4 km irəlidə sol tərəfə – meşəyə, daha 2 km irəlidə isə kəndin yuxarısındakı kiçik çay dərəsinə düşür. Çay kənarı boyunca uzanan cığır qarşı tərəflə kəsişərək kəndə çatır. Bu çayı keçdikdən sonra işarələri izləyərək kəndin mərkəzinə doğru yol alacaqsınız. Car kəndindən başlayan marşrutla haykinq etmək fiziki cəhətdən az yorucu hesab olunur.

Ətraf cığırlar
Ətraf ərazilər Zaqatala Dövlət Qoruğu və sərhəd mühafizə zolağı olduğu üçün işarələnməmiş marşrutlarla hərəkət etmək olmaz. 


Mövsüm

Hava şəraiti və günün uzunluğu baxımından may – sentyabr ayları haykinq üçün ən münasib vaxt hesab olunur. Marşrut boyunca Honzoqor yaylağında kompakt şəkildə 20-30 çoban təsərrüfatı olur. Çoban itləri təhlükəlidirlər, lakin ətrafda insanlar çox olduğundan gündüz saatlarında insanlara hücum etmirlər. Çobanların may və sentyabr aylarında dağda məskunlaşmaqları haqda yerli camaatdan məlumat almaq olar. İtlərlə ehtiyatla davransanız, bu çoban alaçıqları isti sığınacağa çevrilə bilər və orada çobanlarla həmsöhbət ola bilərsiniz. Çadırınız yoxdursa, çobanların sığınacaqlarında (adətən boş sığınacaq olur) gecələməkdə mümkündür. Digər mövsümlərdə boş sığınacaq tapmaq daha asandır

Ümumilikdə, bu marşrut il boyu haykinq etmək üçün nəzərdə tutulsa da, qış aylarında xüsusi hazırlıq tələb edir. Qış, yaz və payız aylarında hava proqnozunu diqqətə almağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz məqsədəuyğundur. Bu marşrutu soyuq və qısa qış günlərində bir günə bitirmək çətin və riskli olduğundan müvafiq çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 


Qidalanma və gecələmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir.

Su ehtiyatı
Cığır boyunca ən azı üç məntəqədə su mənbəyi var. Yaylağa qalxana qədər adambaşı 1-2 litr su götürmək kifayətdir. Yaylaq və yol boyundakı bulaqlar su ehtiyatınızı artırmağa imkan verəcək.

Nəqliyyat
Zaqatala şəhərindən Qəbizdərə kəndinə mikroavtobusla (gediş haqqı – 0,60 AZN) və yaxud taksi ilə (gediş haqqı - 4-6 AZN) getmək mümkündür. Şəhər mərkəzindən Qəbizdərə kəndinin başlanğıcına (“Şəlalə” restoranı) kimi gediş haqqı 4 AZN, kəndin başına (“Qədim Qəbizdərə” restoranına) kimi isə 6 AZN təşkil edəcəkdir.

İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün hər hansı bir dövlət qurumundan öncədən icazə almaq tələb olunmur. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək kifayət edəcək.

Qalereya

Qəbizdərə – Honzoqor – Car marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
9.2°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
3.8°C
Orta:
2.2 – 7°C / 36.0–44.6°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Zaqataladadigər fəaliyyət növləri

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi
Haykinq imkanları

Mənzərələri ilə ovsunlayan Qəbizdərə kəndi

Nə gözəldir şəhərin təlaşından uzaqda, yaşılın rəng-rəng çalarları arasında həm gəzib dolaşmaq, həm də dincəlmək.... Daha ətraflı

Zaqatalada forel balığı ovu
Zaqatalada forel balığı ovu
Kulinariya master-klasları

Zaqatalada forel balığı ovu

The Zagatala Trout Fish Farm is a special agritourism site in Azerbaijan’s lush North West... Daha ətraflı

“Qızılgüllər diyarı” Zaqatala
“Qızılgüllər diyarı” Zaqatala
Təbiət qoynunda istirahət

“Qızılgüllər diyarı” Zaqatala

Göz işlədikcə uzanan gül plantasiyaları və ətrini ciyərlərinizə çəkməkdən doymayacağınız qızılgül və lavandalar. Bura Bolqarıstan,... Daha ətraflı

Car – Honzoqor – Qəbizdərə marşrutu
Car – Honzoqor – Qəbizdərə marşrutu
İşarələnmiş marşrutlar

Car – Honzoqor – Qəbizdərə marşrutu

Marşrut 3 tərəfi dağlarla əhatə olunmuş Car kəndindən başlayır, Honzoqor yaylağında çoban alaçıqları arasından keçərək... Daha ətraflı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Şimal-qərb bölgəsində dad dünyasına səyahət
Qida, içki və gecə həyatı

Şimal-qərb bölgəsində dad dünyasına səyahət

Şimal-qərb bölgəmizin mətbəxi çoxsaylı yemək çeşidi ilə seçilir. Burada unikal hazırlanma metoduna malik sürhüllünü dada... Daha ətraflı

Zaqatalada ötən əsrlərə səyahət
Zaqatalada ötən əsrlərə səyahət
Ailəvi istirahət

Zaqatalada ötən əsrlərə səyahət

Gözəl təbiətə malik Zaqatala həm də tarixi məkanları ilə tanınır. Buradakı qədim qala və məbədlərin... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Zaqatala
Zaqatala

Zaqatala

Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun