müasir incəsənətrənglərin dili ilə
Bir ölkənin klassik təsviri sənət elementlərini, tarixini və müasir dinamikasını öyrənməyin ən yaxşı yolu incəsənət qalereyalarını ziyarət etməkdən keçir. Bakının müxtəlif guşələrində yerləşən bu məkanlardakı bir-birindən gözəl əsərlər sizə dərin emosiyalar yaşadacaq.
İçərişəhərdə Qız qalasının düz yanında yerləşən “Qız Qalası” qalereyası (“QGallery”) hazırda Bakının ən nüfuzlu incəsənət mərkəzlərindən biridir. 1999-cu ildə görkəmli Azərbaycan rəssamı, professor Səlhab Məmmədov tərəfindən yaradılmış qalereya Azərbaycanın ən yaxşı müasir sənət əsərlərini nümayiş etdirir. Bununla belə, onun Avropa qolu olan “QGallery Berlin Qalereyası” ilə birgə beynəlxalq sərgilər hər iki məkanda nümayiş etdirilir. Bu gün “QGallery” sərgilər, kolleksiyalar və ticarət fəaliyyəti üçün dinamik mərkəz kimi çıxış edir. Burada Bəhruz Kəngərli, Fuad Manafov, Asif Azərelli, Nailə Sultan, Anar Hüseynzadə kimi bir çox rəssamların təkrarolunmaz əsərlərinə rast gəlmək olar.
Giriş sərbəstdir.
Ünvan: Qüllə küçəsi, 6
İş qrafiki:
B. E. – C.: 10:00 – 19:00; Ş.: 10:30 – 19:00
İçərişəhər qalereyaların, sənətkarlığın döyünən ürəyidir desək, yanılmarıq. Burada yerləşən “YAY” qalereyası Azərbaycanda bir neçə janr üzrə qabaqcıl rəssamları təmsil edən müasir incəsənət qalereyasıdır. Qalereya Azərbaycanda incəsənət infrastrukturunu dəstəkləyərək “YARAT” Müasir İncəsənət Məkanı ilə bir-birinin fəaliyyətini tamamlayır. “YAY” qalereyası özünün bədii proqramından əlavə, rəssamlar və daha geniş ictimaiyyət arasında mübadiləsi platforması olaraq mütəmadi mütaliələr, film nümayişləri və rəssamlar tərəfindən keçirilən seminarlara ev sahibliyi edir.
Giriş sərbəstdir.
Ünvan: Kiçik Qala küçəsi, 5
İş qrafiki:
Ç. A. – B.: 12:00 – 22:00
Sərgilər müvəqqətidir.
ZAMAN İncəsənət Qalereyası rəssamların əsərlərini geniş kütləyə təqdim etmək məqsədi daşıyır və bununla da yaradıcı insanlara öz əsərlərini sərgiləmək və layihələrini reallaşdırmaq imkanı yaradır. Müasir incəsənətin dərinliklərinə baş çəkmək, bu atmosferdən zövq almaq üçün qalereya yolunuzu gözləyir. Qalereyanın peşəkar komandası kolleksiyanız üçün mükəmməl sənət əsərini tapmaqda sizə kömək edəcək.
Ünvan: Sabir küçəsi, 13
İş qrafiki:
Ç. A. – C.: 12:00 – 19:00; Ş. – B.: 12:00 – 18:00
Paytaxtda dünyaşöhrətli yerli və əcnəbi rəssamların əsərlərindən ibarət sərgilərin keçirildiyi mərkəzlərdən biri də “Gazelli Art House” müasir incəsənət qalereyasıdır. Bu məkan incəsənət pərəstişkarları üçün mükəmməl istiqamətdir. Qalereya incəsənətin rəngkarlıq, fotoqrafiya, qrafika, müxtəlif materiallardan instalyasiya və başqa müxtəlif janrlarına aid nümunələrlə işləyir. Qalereyaya gələn hər kəs burada heykəltəraşlıq işləri, rəsm əsərləri və müxtəlif instalyasiyalarla tanış ola bilər. “Gazelli Art House”un incəsənət sahəsində maarifləndirmə proqramının bir hissəsi olan bu qalereya hər bir sərgi çərçivəsində müxtəlif tədbirlər və seminarlar təşkil edir.
Ünvan: Lev Tolstoy küçəsi, 72
İş qrafiki:
Ç. A. – B.: 12:00 – 20:00




















































.jpg)













