Cümə məscidiniziyarət
Şamaxıda olarkən ziyarət edilməli məkanlar sırasında Azərbaycanın ən böyük və möhtəşəm ibadət yerlərindən biri olan Cümə məscidi ilk yerlərdə durur.
Məscidin hazırkı binası 2013-cü ildə təmir edilsə də, qədim tikili 743-744-cü illərdə inşa edilmişdir. Bu məscid Azərbaycanda ən qədim, Qafqazda isə ikinci ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856-cı və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış və daha sonra – 1918-ci ildə etnik qarşıdurmalar zamanı yandırılmışdır.
Şamaxı şəhərinə səfəriniz zamanı qədim abidələrlə tanış olarkən Azərbaycan memarlıq tarixində müstəsna yeri olan Şamaxı Cümə məscidinə də yollanın. Burada mənəvi rahatlıq və gözəl ab-hava sizi gözləyəcək.

















