Qax rayonTarix-Diyarşünaslıq Muzeyi
1981-ci ildən fəaliyyət göstərən Qax Tarix-Diyarşünaslıq Muzeyi milli-mənəvi dəyərlərin, çox qədim kolleksiyaların qorunub saxlandığı məkandır. Muzey əvvəlcə XIX əsrə aid Allahverdi kilsəsinin binasında fəaliyyətə başlasa da, 1991-ci ildən hazırki binaya köçürülmüşdür.
500-ə yaxın eksponatla fəaliyyətə başlayan muzeydə hazırda Qaxın tarixi və rəngarəng təbiət abidələrindən xəbər verən 11 min 500 ədəd tarixi və elmi əhəmiyyətə malik eksponat nümayiş etdirilir. 8 bölmədən ibarət muzeyin kolleksiyaları ziyarətçilərə xalqın keçmiş adət-ənənələri, məişəti və bu günü haqda məlumatlı olmağa imkan yaradır. Muzeyi gəzib dolaşaraq arxeoloji və etnoqrafik eksponatlar, eləcə də qab-qacaqlar, o dövrün naxışlarını əks etdirən xalçalar və milli geyim nümunələri ilə yaxından tanış olmaq mümkündür. Həmçinin burada müxtəlif zamanlarda tədbirlər və sərgilər təşkil olunur.
Ətraflı məlumat üçün:
Ünvan: Qax şəhəri, Üzeyir Hacıbəyov 1