Azərbaycanın sualtı xəzinəsininkəşfinə çıxın
Bakının yaxınlığında suyun dərinliyi 5-12 metrə çatan çoxlu kiçik qayalıqlardan ibarət adalar müxtəlif balıq növləri və dünyanın ən kiçik suiti növü olan Xəzər suitisi kimi digər dəniz növləri ilə doludur. Həmçinin maraqlı görünüşə malik qara dəniz tısbağası növü ilə yanaşı, zərərsiz dəniz ilanlarını da görə bilərsiniz; Xəzər dənizində insanlar üçün təhlükəli ilan növü yoxdur. Hələ qədim zamanlardan Azərbaycan və Bakı ətrafındakı Xəzər dənizi İpək Yolunun bir hissəsi olduğu üçün Xəzərin sakit təbiətli sularında “itirilmiş xəzinələr” şayiələri hələ də qalmaqdadır, üstəlik dənizin dibi gəmi qalıntılarını da özündə gizli saxlayır. Bundan başqa, Xəzər dənizi neft yataqlarının kəşfiyyat mərkəzi olduğuna görə dalğıclar dayvinq zamanı tərk edilmiş neft platformalarına da rast gələ bilərlər. Məhz bu maraqlı xüsusiyyətlərinə görə ucsuz-bucaqsız Xəzər dənizi həm təcrübəli dalğıclar, həm də yeni başlayanlar üçün özünəməxsus seçimdir.
Azərbaycanın digər unikal dayvinq yerləri, məsələn, ölkənin qərbində dərinliyi 60-90 metr olan kristal kimi tərtəmiz Göygöl və Maralgöl dağ gölləri, 15-30 metr dərinlikdə batmış kəndləri görə biləcəyiniz Mingəçevir su anbarı, Qəbələdə Nohur gölü və digər dayvinq yerləri sualtı gözəlliklərin fərqinə varmağınıza imkan yaradacaq. Elə əfsanəvi “Səngi Muğan adası” da məşhur dayvinq məkanlarından biridir. Buraya dayvinq üçün yollansanız, təbii sualtı möcüzə - akvarium əmələ gətirən sualtı qayanı görüb təəccüblənəcəksiniz. “Böyük Zirə”də isə təlimatçıların müşayiəti ilə sualtı əsrarəngiz dünyaya qısa səyahət edib köhnə Sovet donanmasının qalıqlarına da yaxından baxa bilərsiniz. Sualtı böyük qayalarla dolu "İlan adası" ilk dayvinq cəhdini etmək və yerli təbiətin bənzərsiz möcüzəsini müşahidə etməyi vəd edir. İlanların balıqları necə ovladığını, necə çoxaldıqlarını da rahatlıqla görə bilərsiniz; zəhərli olmadıqları üçün dalğıclar üçün heç bir narahatlıq yaratmır.
“Baku Scuba” şirkəti sizə qeyri-adi emosiyaları təcrübə etmək üçün ən yaxşı dayvinq məkanlarını, müxtəlif büdcəyə və zamana uyğun bir sıra proqramlar təklif edir. Onlar həmçinin dayvinq macəranızı axıcı etmək üçün bütün lazımi icazələri təşkil edə və icarə üçün bütün lazımi avadanlıqları təmin edə bilərlər. Dayvinq Təlimatçılarının Peşəkar Assosiasiyasının (PADI) dayvinq mərkəzi kimi “Baku Scuba”nın təklif etdiyi dayvinq kurslarından yararlanaraq əsl dayvinq təcrübəsi yaşaya bilərsiniz. Kurs iştirakçıları əvvəlcə hovuzda, daha sonra şirkətin Abşeron yarımadasında Dübəndi sahil qəsəbəsində yerləşən öz dalğıc məntəqəsində açıq dəniz şəraitində sərbəst məşq edirlər.
Ətraflı məlumat üçün:
Tel.: +99455 899 86 40 (WhatsApp); +99451 441 22 64
E-mail ünvanı: [email protected]
bakuscuba.com saytına keçid