Qaşqaçay – İlisu marşrutu üzrə haykinq

Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa çatır.

Qaşqaçay – İlisu marşrutuüzrə haykinq

Qaşqaçay – İlisu marşrutu

300 il eyniadlı sultanlığın mərkəzi olmuş İlisu kəndi bir neçə məhəllədən ibarətdir. Kəndin ən məşhur abidələri Ulu körpü və Ulu məscid 17-18-ci əsrlərə aid edilir. İlisuya qədər davam edən yürüş uzun, fiziki cəhətdən yorucu, bəzi hissələrdə sərt enişli-yoxuşludur. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Xəritəni yükləyin

MƏSAFƏ: 16 KM

YOXUŞ: 1600 M

ENİŞ: 1450 M

MAKS. HÜNDÜRLÜK: 2280 M

MİN. HÜNDÜRLÜK: 1020 M

MÜDDƏT: 9 SAAT 20 DƏQ

 

Başlanğıc nöqtəsindən işarələri izləyərək kəndin içi ilə davam edək. 400 m irəlidə çay yatağına çıxıb, qarşı tərəfə keçdikdən sonra böyük bir cığır başlayır. 1,3 km irəlidə cığır meşəyə tərəf yönəlir və 3,5 km sonra meşə zolağının üstünə – yaylaqlara çıxır. Burada ilk çoban alaçığı rastınıza çıxacaq. 

Sağa – dağlara doğru qalxan azyoxuşlu köndələn cığır ilə sol yamac boyu 4,5 km hərəkət edərək, növbəti çoban alaçığına çatıb, bir az irəlidə sola – meşəyə tərəf düşürsünüz. Bir qədər sonra yenidən açıqlığa çıxan cığır 1,5 km irəlidə növbəti çoban alaçığının yanından keçərək, dik dolayı yoxuşla davam edir və 800 m irəlidə aşırıma – marşrutun ən yüksək nöqtəsinə (Yarpızbasan yaylağına) çatır. Burada çardaqlı kiçik çoban alaçığı var. 

Qarşı tərəfdəki dərəyə düşən dolayı dik yol 1 km irəlidə sola dönərək, yamac boyu az meyilli enişlə köndələn davam edir. 2 km irəlidə isə seyrək meşəliklər arasından keçərək yenidən dik dolayı enişə doğru uzanır və 1 km irəlidə Şamil qalasına (19-cu əsr) çatır. Qaladan sağa dönən enli cığır 600 m irəlidə İlisu kəndinin mərkəzi küçəsinə çıxır.  

Bu marşruta İlisu kəndindən başlamaq fiziki cəhətdən daha rahatdır. 

 

Ətraf cığırlar
Qaşqaçay yürüşünə başlamazdan öncə Qumux – QaşqaçayKiş – Baş Göynük marşrutlarını planınızaəlavə edə bilərsiniz. İlisu kəndindən sonrakı dağlıq ərazilər İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər 2 günlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək məsləhətdir, çadır hazırlığı görmək tövsiyə olunur.  
 

Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar hesab olunur. Qeyd edilmiş aylarda bu marşrut boyunca 4-5 yerdə çoban alaçığı rastınıza çıxa bilər. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları sizin üçün isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər. 

Ümumilikdə, bu marşrut il boyu haykinq etmək üçün nəzərdə tutulsa da, qış aylarında xüsusi hazırlıq tələb edir. Qış, yaz və payız aylarında hava proqnozunu diqqətə almağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz məqsədəuyğundur. Bu marşrutu soyuq və qısa qış günlərində bir günə bitirmək çətin və riskli olduğundan müvafiq çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 

 

Qida və gecələmə
İlisu kəndində, eləcə də Qaxdan İlisuya gedən yol boyunca kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evlərinin, hotel və digər yerləşdirmə müəssisələrinin, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.


Su ehtiyyatı
Bu marşrutda bulaqlar məhdud saydadır. Cığırın yaxınlığında yalnız iki yerdə azsulu bulaq vardır. Yola düşərkən ən azından adambaşı 1,5 l su götürüb, qənaətlə istifadə etmək, eləcə də hər füsətdə su qablarınıdoldurmaq lazımdır. Çoban alaçıqlarından su istəmək və ya yaxınlıqdakı bulaqların yerini soruşmaq da olar.
 

Nəqliyyat
Şəki şəhərindən Qaşqaçay kəndinə taksi ilə (*0066 və ya *5577 taksi xidməti) gediş haqqı 12-15 AZN, Qax şəhərindən isə şəhər taksiləri ilə (“ALO taksi xidməti” +99470 298 99 66) 6-8 AZN təşkil edir. Qax avtovağzalından Qaşqaçay kəndinə avtobusla gün ərzində 3 dəfə yola düşmək olar. (07:30; 13:00; 18:00 (0,70 AZN))


İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün hər hansı bir dövlət qurumundan öncədən icazə almaq tələb olunmur. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək kifayət edəcək.

Qalereya

Qaşqaçay – İlisu marşrutu ilə unudulmaz səyahətdən həzz alın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
8.9°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
3.5°C
Orta:
2.2 – 6.2°C / 36.0–43.2°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

Qaxdadigər fəaliyyət növləri

Dağ balının ünvanı Ləkit Bal Evi
Dağ balının ünvanı Ləkit Bal Evi
Qida, içki və gecə həyatı

Dağ balının ünvanı Ləkit Bal Evi

Ləkit Bal Evi bal yeməyi sevənlər, arıçılığın sirlərini öyrənmək istəyənlər və balın hazırlanmasında iştirak etmək... Daha ətraflı

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi
İncəsənət, mədəniyyət, irs

Tolerantlıq simvolu Müqəddəs Georgi kilsəsi

Səyahət bir çoxları üçün həm də başqa millətlərin dini müxtəlifliyi ilə tanış olmaq, anlayıb öyrənmək... Daha ətraflı

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi
Muzeylər və qalereyalar

Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi

Qax Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək ayrı-ayrı eksponatlar vasitəsilə ölkəmizdə ən qədim dövlətlər, onların ictimai-siyasi vəziyyəti... Daha ətraflı

Yüzilliklərin memarlığı İçəribazar
Yüzilliklərin memarlığı İçəribazar
Memarlıq

Yüzilliklərin memarlığı İçəribazar

Qax rayonunda yerləşən “İçəribazar” kompleksi tarixi-mədəni irsimizin ən gözəl nümunələrindəndir. Qalanın daxili ilə addımladıqca bu... Daha ətraflı

Qaxın gözəllikləri məşhur filmin kadrlarında
Qaxın gözəllikləri məşhur filmin kadrlarında
İncəsənət, mədəniyyət, irs

Qaxın gözəllikləri məşhur filmin kadrlarında

“Qorxma, mən səninləyəm” filmini, yəqin ki, dəfələrlə izləmisiniz. Kadrları gözəl təbiət mənzərələri və tarixi məkanlar... Daha ətraflı

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
Qaşqaçay – Qumux marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – Qumux marşrutu üzrə haykinq

Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa çatır. Daha ətraflı

İlisu şəlaləsini tamaşa edin
İlisu şəlaləsini tamaşa edin
Offroad turlar

İlisu şəlaləsini tamaşa edin

İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi ilə də seçilir. Ana... Daha ətraflı

Sarıbaşda off-road turları
Sarıbaşda off-road turları
Offroad turlar

Sarıbaşda off-road turları

Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə seçilir. Bura səfər edib... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Qax
Qax

Qax

Qafqaz dağlarının ən gözəl guşələrindən biri də Qaxdır. Bura istər qış, istərsə də yayda gözəldir. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun