qış idmanları dünyasındaən gözlənilən tədbirlər
Qış idman növləri özünüzü sınamaq, hüdudlarınızı aşmaq və azadlığı tam şəkildə hiss etmək üçün mükəmməl fürsətdir. Dağlar qoynunda, təzə qarın üzərində hər bir eniş və manevr özünəməxsus bir macəraya çevrilir. Bu mənzərəni canlı izləmək belə, ən az yarışmaq qədər həyəcan və enerji bəxş edir.
Əgər yolunuz 2026–2027-ci illərin qış və ya yaz aylarında Azərbaycana düşsə, qış idman dünyasının ən maraqlı yarışlarına şahid olmaq imkanını qaçırmayın:
8-11 yanvar 2026-cı il, Şahdağ
-
Dağ xizəyi üzrə Açıq Ölkə çempionatı
4-8 mart 2026-cı il, Şahdağ
-
Xizək alpinizmi üzrə Avropa çempionatı
6-8 mart 2026-cı il, Şahdağ
-
Xizək alpinizmi üzrə Dünya kuboku
14-15 mart 2026-cı il, Şahdağ
-
Moqul üzrə FIS Dünya kubokunun final mərhələsi
28 fevral – 7 mart 2027-ci il
-
Xizək alpinizmi üzrə Dünya çempionatı
Yarışlar arasında Azərbaycanı bütün rəngarəngliyi ilə kəşf etmək imkanını əldən verməyin. Bir gününüzü Bakıda keçirə bilərsiniz: burada İçərişəhərin tarixi küçələri, müasir binalar, autentik kafe və Xəzər dənizinin möhtəşəm mənzərələri bir araya gəlir. Daha sonra bölgələrə yollanaraq Şahdağ və Tufandağın qarla örtülmüş zirvələrini, daş döşənmiş küçələri və qədim abidələri ilə seçilən digər şəhərləri, həmçinin yerli mətbəxin növbənöv ləzzətlərini kəşf edin.
Ölkəmizdə hər kəs öz maraqlarına uyğun əyləncə tapa bilər: kim muzeylər və tarixi bazarlarda gəzməkdən, kim dağ yamaclarında xizək sürmək və yerli şərabları dadmaqdan zövq alır. Azərbaycan sizə unudulmaz emosiyalar bəxş edib qəlbinizdə dərin izlər buraxacaq xatirələrlə qarşılamağa hazırdır.




