arxeologiya və Etnoqrafiya Muzeyi

İçərişəhərdə mərkəzində yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyində bizim eramızdan əvvəl və orta əsrlər dövrünə aid mühüm arxeoloji abidələr nümayiş olunur. Azıx mədəniyyətindən tutmuş XIX və XX əsrin maddi-mədəni nümunələrinə qədər müxtəlif mədəniyyətlərlə tanış olmaq olar.

ölkəmizin tarixindənbəhs edən ekspozisiyalar

Azərbaycanınkeçmişinə səyahət

Tanınmış memar Mikayıl Hüseynovun adını daşıyan bu muzey iki hissədən – arxeologiya və etnoqrafiya bölmələrindən ibarətdir. 1976-cı ildən bəri muzey kimi fəaliyyət göstərməyə başlayan bu tarixi abidənin etnoqrafiya bölməsində Azərbaycan xalqının adət-ənənələri, qədim dövr incəsənəti, tarixi eksponatlar və ailə təsərrüfatına aid maddi-mədəni nümunələr öz əksini tapır.

Arxeologiya bölməsi isə ibtidai insan qalıqları və qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntıları izləməyə imkan verir. Həmçinin bu bölmədə qədim yaşayış məskənləri, qəbirüstü abidələr və ulu əcdadlarımızın həyat tərzi, əl işləri barədə ətraflı məlumat təqdim edən bir çox nümunələri görmək mümkündür.

Muzeydəki eksponatlar sadəcə nümayiş olunan obyekt deyil, həm də iqtisadi inkişaf mərhələlərini, məişət dəyişikliklərini və tarix boyu Azərbaycan xalqına bələdçilik etmiş dəyərləri özündə birləşdirir. Bu abidə keçmişlə bu gününün vəhdətini yaradaraq hər bir kəsi Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olmağa dəvət edir.

Ətraflı məlumat üçün:

  • Ünvan: Böyük Qala küçəsi 42
  • Tel.: +99412 492 52 36
  • İş qrafiki: Bazar ertəsi, Çərşənbə, Cümə - 10:00-17:00
  • Giriş sərbəstdir.
Azərbaycanın | keçmişinə səyahət
QALEREYA

Azərbaycanın keçmişinə nəzər salın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
8.9°C
Orta:
6.6 – 12.6°C / 43.9–54.7°F

Temperaturu hiss et

Hazırda:
4.7°C
Orta:
3.7 – 10.9°C / 38.7–51.6°F

Külək

Hazırda:
  • Breezy with clearing
  • Cənub
  • sürət 18.5 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

xəritədə bax

Bakıdadigər fəaliyyət növləri

naxışlardakı ilhamvericilik  Kilimçi studiyası
naxışlardakı ilhamvericilik Kilimçi studiyası
Xalq sənətkarlığı

naxışlardakı ilhamvericilik Kilimçi studiyası

Azərbaycanın zəngin mədəni irsini Kilimçi Studiyasında kəşf edin! 2016-cı ildən bəri fəaliyyət göstərən bu yaradıcılıq məkanı xalçaçılıq, dulusçuluq, kəlağayı... Daha ətraflı

müasir incəsənət rənglərin dili ilə
müasir incəsənət rənglərin dili ilə
Muzeylər və qalereyalar

müasir incəsənət rənglərin dili ilə

Bakıda qalereyaların və incəsənət məkanlarının sayı ilbəil artır. Həftəsonu bu qalereyalara baş çəkərək müasir Azərbaycan... Daha ətraflı

Bakıda seçilən bitki mənşəli qida restoranları
Bakıda seçilən bitki mənşəli qida restoranları
Qida, içki və gecə həyatı

Bakıda seçilən bitki mənşəli qida restoranları

Bakının mədəni həyatı canlandıqca onun mətbəxi də dünya kulinariya nümunələri, eləcə də bitki mənşəli xörəklər... Daha ətraflı

dəmir yolu tarixinə səyahət
dəmir yolu tarixinə səyahət
Muzeylər və qalereyalar

dəmir yolu tarixinə səyahət

Şəhərin mərkəzində 28 May stansiyasının yaxınlığında yerləşən Azərbaycan Dəmiryol Muzeyi ziyarətçilərə Azərbaycanda dəmir yolu nəqliyyatının... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun