Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

Əmirvar – Mahrasa məbədi marşrutuüzrə haykinq

Əmirvar – Mahrasa məbədi marşrutu

Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.

Xəritəni yükləyin

MƏSAFƏ: 10,4 KM

YOXUŞ: 545 M

ENİŞ: 909 M

MAKS. HÜNDÜRLÜK: 1443 M

MİN. HÜNDÜRLÜK: 1001 M

MÜDDƏT: 3 SAAT 5 DƏQ

 

Marşrut Şəmkir çayına qədər enişlə davam edir. Daha sonra kiçik eniş və yoxuşlar var. Cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 1,8 km sonra kəndin sonunda torpaq maşın yolu bitir və iki cığır ayrılır. Sağ cığır sizi 350 m sonra Əmirvar şəlaləsinə aparacaq. Sol cığır isə Mahrasa məbədinə qədər davam edir.

Meşənin içi ilə 3,9 km irəlilədikdən sonra Şəmkir çayının sahilinə çıxacaqsınız. Çayı keçib sağ sahil ilə davam etmək lazımdır. Bu hissədə bəzi yerlərdə cığırlar seçilmir, işarələri diqqətlə izləyib yola davam etməyiniz lazımdır. Çayı keçdikdən 2,15 km sonra sağ tərəfdə Qız qalasına qalxan yolayrıcına rast gələcəksiniz. Sağ yol ilə 550 m davam edib Qız qalasına çıxa, yaxud yolunuza davam edib 2 km sonra Mahrasa məbədinə çata bilərsiniz. Qız qalasının yolu dik və qayalıqdır, buranı çıxarkən diqqətli olmaq lazımdır: sürüşmə ehtimalı var.
Bu Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.

 

Ətraf cığırlar
Bu marşrut Mahrasa məbədi – Soyuqbulaq marşrutu ilə əlaqələndirilə bilər.


Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Şəmkir çayını keçmək çətin ola bilər. 

 

Qida və gecələmə

Əmirvar kəndində kiçik dükan var. Kəndin çıxışında, marşrutun Əmirvar şəlaləsinə ayrılan hissəsində kiçik kafelər var. Əmirvar kəndində “İsmixanın qonaq evi”ndə (+99455 482 8691) qalmaq olar. Məbəd ətrafında gecələmək üçün yerlər yoxdur. Burada gecələmək niyyətiniz olsa, çadır və s. ləvazimatları özünüzlə götürməyiniz məsləhətdir.


Su
Bu marşrut üzərində Əmirvar kəndindən sonra bulaq yoxdur. 


Nəqliyyat
Əmirvar kəndinə Daşkəsən rayon mərkəzindən taksi ilə gedə bilərsiniz. Gediş haqqı təxminən 15-20 manat edəcək. Əmirvar kəndinin girişinə qədər yol asfaltdır. Kəndin daxili yolları torpaqdır və ilin yağıntısız dövrlərində “sedan” tipli avtomobillər üçün də uyğundur.


Təhlükə qeydi

Şəmkir çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.

Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır. 

Qalereya

Əmirvar – Mahrasa məbədi marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
16.8°C
Orta:
15.2 – 19.2°C / 59.4–66.6°F

Temperaturu hiss et

Hazırda:
18.6°C
Orta:
15.1 – 20.5°C / 59.2–68.9°F

Külək

Hazırda:
  • Günəşli və qismən buludlu
  • Şərq
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Daşkəsəndədigər fəaliyyət növləri

Tarixi memarlıq nümunəsi  hamamda mənəvi dinclik
Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik
Rekreasiya

Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik

UNESCO tərəfindən mühafizə olunan Çökək hamamı tarixin səhifələrini özündə yaşatmaqla bərabər, həm də ruhən təzələnmək... Daha ətraflı

Şəfalı sanatoriyalarda  müalicə və istirahət
Şəfalı sanatoriyalarda müalicə və istirahət
Sağlamlıq və rekreasiya

Şəfalı sanatoriyalarda müalicə və istirahət

Dağlıq və dağətəyi rayonların füsunkar təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri... Daha ətraflı

İncəsənətdə yeni nəfəs Gəncəsənət
İncəsənətdə yeni nəfəs Gəncəsənət
Təbiət qoynunda istirahət

İncəsənətdə yeni nəfəs Gəncəsənət

Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin vətəni incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasına ev sahibliyi edir.... Daha ətraflı

Gəncədə “Əli və Nino” izləri
Gəncədə “Əli və Nino” izləri
İncəsənət, mədəniyyət, irs

Gəncədə “Əli və Nino” izləri

Yazıldığı tarixdən yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq bu gün də sevilə-sevilə oxunan “Əli və... Daha ətraflı

Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Təbiət qoynunda istirahət

Qafqazın ən böyük parkında gəzinti və əyləncə

Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev park-kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə... Daha ətraflı

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı

Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq
Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq
Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı

Çıraqlı – Əzgilli  marşrutu üzrə haykinq
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq

Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı

“Nur şəhəri”ndə quş müşahidəsi
“Nur şəhəri”ndə quş müşahidəsi
Ornitoloji turizm

“Nur şəhəri”ndə quş müşahidəsi

Kür çayı sahilində yerləşən Mingəçeviri daha çox sənaye şəhəri kimi tanısaq da, şəhərin yaxınlığında quş... Daha ətraflı

Kürün enerjisini hiss edin
Kürün enerjisini hiss edin
Alman irsi

Kürün enerjisini hiss edin

Mingəçevir müasir şəhər olsa da, salındığı ərazi qədim tarixi ilə seçilir. Bu gün bu şəhərdə... Daha ətraflı

Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Alman irsi

Gədəbəyin zəngin tarixi ilə tanışlıq

Siemens qardaşlarının Azərbaycanda fəaliyyəti ilə maraqlanırsınızsa, dərhal Gədəbəyə yollanın. Bu dağlar qoynunda yerləşən diyarda iki... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Qida, içki və gecə həyatı

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı

Qədim Şəmkirə zamanda səyahət
Qədim Şəmkirə zamanda səyahət
İncəsənət, mədəniyyət, irs

Qədim Şəmkirə zamanda səyahət

Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada... Daha ətraflı

Şəmkirdə alman irsi ilə tanışlıq
Şəmkirdə alman irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Şəmkirdə alman irsi ilə tanışlıq

Şəmkir şəhəri müasirləşən və daim yenilənən görkəmi ilə hər kəsi təəccübləndirir, amma burada dəyişməz olaraq... Daha ətraflı

Naftalan kurortunda sağlamlığa qayğı
Naftalan kurortunda sağlamlığa qayğı
Sağlamlıq və rekreasiya

Naftalan kurortunda sağlamlığa qayğı

Naftalan yalnız bir sıra xəstəliklərin müalicəsi edilməsi üzrə ixtisaslaşmayıb. Yorğunluqdan, səs-küydən və gərgin əməkdən bezmisinizsə,... Daha ətraflı

Min bir dərdin müalicəsi üçün Naftalan vannası
Min bir dərdin müalicəsi üçün Naftalan vannası
Sağlamlıq və rekreasiya

Min bir dərdin müalicəsi üçün Naftalan vannası

Naftalan dünyaşöhrətli Azərbaycan brendlərindən biridir. Hər il yüzlərlə insan məhz bu kurortda dincəlir və müalicə... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı

Dadlı Gəncə nemətləri və mətbəxi
Dadlı Gəncə nemətləri və mətbəxi
Qida, içki və gecə həyatı

Dadlı Gəncə nemətləri və mətbəxi

Gəncə mətbəxi Azərbaycanda kifayət qədər yaxşı tanınır. Gəncə dovğası, kətəsi və paxlavasını düşünmək belə yetər... Daha ətraflı

Xan bağı və şəhər mərkəzində gəzinti
Xan bağı və şəhər mərkəzində gəzinti
Məscid və türbələr

Xan bağı və şəhər mərkəzində gəzinti

Gəncənin ən qədim parklarından olan Xan bağında isti yay günlərində sərinləmək olar. Burada dələlərlə də... Daha ətraflı

Gəncədə İmamzadə türbəsini ziyarət
Gəncədə İmamzadə türbəsini ziyarət
Məscid və türbələr

Gəncədə İmamzadə türbəsini ziyarət

Gəncə şəhərinin yaxınlığında yerləşən İmamzadə məscidi xalqımızın başlıca etiqad mərkəzlərindəndir. İmamzadə yalnız dini məqsədlərlə deyil,... Daha ətraflı

Gəncədə qeyri-adi ev önündə foto
Gəncədə qeyri-adi ev önündə foto
Ailəvi istirahət

Gəncədə qeyri-adi ev önündə foto

Gəncədə yerləşən ən qeyri-adi tikililərdən biri butulka evdir. Bu evi öz gözlərinizlə görməklə yanaşı, fotosunu... Daha ətraflı

Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şopinq və alış-veriş

Şəmkir şəhərində maraqlı və əyləncəli gün

Şəmkir şəhərində maraqlı və əyləncəli gün keçirmək üçün çox sayda imkanlar mövcuddur. Aşıq musiqisinə qulaq... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun