Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

Mahrasa məbədi – Əmirvar marşrutuüzrə haykinq

Mahrasa məbədi – Əmirvar marşrutu

Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub. Məbədin yanında karvansaranı xatırladan bir tikili də var.

Xəritəni yükləyin

MƏSAFƏ: 10,4 KM

YOXUŞ: 909 M

ENİŞ: 545 M

MAKS. HÜNDÜRLÜK: 1443 M

MİN. HÜNDÜRLÜK: 1001 M

MÜDDƏT: 3 SAAT 5 DƏQ

Marşrut Şəmkir çayını keçəcəyiniz yerə qədər kiçik eniş və yoxuşlarla, çaydan sonrakı hissə isə əsasən yoxuşlarla davam edir. Cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 2 km sonra sol tərəfə qalxıb, 550 m sonra Qız qalasına çata, yaxud Əmirvar kəndi istiqamətində davam edə bilərsiniz.

Bu nöqtədən 2 km sonra Şəmkir çayını keçib cığır ilə meşəni üzü yuxarı qalxmaq lazımdır. Meşə ilə 4,2 km hərəkət etdikdən sonra Əmirvar kəndinə çatırsınız. Qeyd edək ki, bu hissə əsasən yoxuşlardan ibarətdir. Kəndin girişindən sola 350 m irəlilədikdə Əmirvar şəlaləsinə çata, yaxud 1,8 km davam edərək kəndin çıxışına gedə bilərsiniz. Əmirvar kəndinə qədər dar cığırlardır. Təkcə Əmirvar kəndinin yolu avtomobillərin hərəkəti üçün uyğundur.

Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.

 

Ətraf cığırlar
Bu marşrut Soyuqbulaq–Mahrasa məbədi marşrutu ilə əlaqələndirilə bilər.  
 
Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Şəmkir çayını keçmək çətin ola bilər. 

 

Qida və gecələmə

Əmirvar kəndində kiçik dükan var. Kəndin çıxışında, marşrutun Əmirvar şəlaləsinə ayrılan hissəsində kiçik kafelər var. Əmirvar kəndində “İsmixanın qonaq evi”ndə (+99455 482 8691) qalmaq olar.

 

Su
Bu marşrut üzərində Əmirvar kəndindən sonra bulaq yoxdur. 

 

Nəqliyyat
Gədəbəy rayonunun mərkəzindən Mahrasa məbədinə getmək üçün yolsuzluq avtomobilinə ehtiyac olacaq. Yol boyu Şəmkir çayını bir neçə yerdən keçmək lazım gəlir. Çayın bol sulu vaxtlarında maşınlar keçə bilmir.

Təhlükə qeydi

Şəmkir çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.

Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.

Qalereya

Mahrasa məbədi – Əmirvar marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
9°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
3.3°C
Orta:
2.2 – 6.2°C / 36.0–43.2°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Şəmkirdədigər fəaliyyət növləri

Gədəbəydə Mahrasa məbədi
Gədəbəydə Mahrasa məbədi

Gədəbəydə Mahrasa məbədi

Məhrəsə Monastır Kompleksini kəşf edin — Azərbaycanın Gədəbəy rayonunda yerləşən turizm üçün unikal bir məkan.... Daha ətraflı

Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq
Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Mahrasa məbədi – Soyuqbulaq marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Alman irsi

Gədəbəyin zəngin tarixi ilə tanışlıq

Siemens qardaşlarının Azərbaycanda fəaliyyəti ilə maraqlanırsınızsa, dərhal Gədəbəyə yollanın. Bu dağlar qoynunda yerləşən diyarda iki... Daha ətraflı

Qədim Şəmkirə zamanda səyahət
Qədim Şəmkirə zamanda səyahət
İncəsənət, mədəniyyət, irs

Qədim Şəmkirə zamanda səyahət

Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada... Daha ətraflı

Şəmkirdə alman irsi ilə tanışlıq
Şəmkirdə alman irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Şəmkirdə alman irsi ilə tanışlıq

Şəmkir şəhəri müasirləşən və daim yenilənən görkəmi ilə hər kəsi təəccübləndirir, amma burada dəyişməz olaraq... Daha ətraflı

Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şopinq və alış-veriş

Şəmkir şəhərində maraqlı və əyləncəli gün

Şəmkir şəhərində maraqlı və əyləncəli gün keçirmək üçün çox sayda imkanlar mövcuddur. Aşıq musiqisinə qulaq... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şəmkir
Şəmkir

Şəmkir

Təzə, tər tərəvəzlər dedikdə, ilk növbədə Şəmkir rayonu yada düşür. Şəmkir həmçinin qədim abidələri, o cümlədən orijinal parkları ilə seçilir. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun