Gəncənintürbələr səltənəti
Gəncədə yaşı əsrlərə dayanan Səbzikar qəbiristanlığı həm də türbələrin sayının çoxluğuna görə yerli əhali tərəfindən “türbələr səltənəti” adlandırılır. Qədim zamanlardan günümüzə qədər gəlib çıxan bu məzarlıqda şəhərin nüfuzlu şəxsləri, ictimai xadimlər və tanınmış nəsillərin nümayəndələri dəfn olunub. Ümumiyyətlə, bu qəbiristanlığa “Səbzikar” adının verilməsinin xüsusi bir tarixçəsi var. Qəbiristanlığın “Səbzikar” adlandırılması həmin dövrdə bu ərazidə göy-göyərti becərilməsi ilə əlaqədardır. Burada əsrlərin yadigarı olan 17 türbə yerliəhəmiyyətli tarixi abidə statusuna malikdir. Həmin türbələr və sərdabələr burada dəfn olunan şəxslərin, nəsillərin adları, soyadları ilə tanınır.
Bu tikililərin hamısı Gəncə memarlığına xas bişmiş qırmızı kərpicdən inşa edilib. Bütün türbələr üstləri günbəzlə tamamlansa da, pəncərə-divarlarının hörgüsündəki naxışlar, eləcə də şiş uclu, yastı, yarımdairəvi və digər formalı günbəzlər onların bir-birindən fərqlənməsini təmin edir.
Səbzikar bu günədək Gəncənin tarixini özündə yaşadır. Şərq memarlığının elementlərini görmək üçün yolunuzu bu məkandan sala bilərsiniz.
Ətraflı məlumat üçün:
- Giriş sərbəstdir.
- Ünvan: Gəncə şəhəri, Fətulla Həsənov 67
- Ziyarət saatları: 09:00-19:00