min bir dərdin müalicəsi üçünNaftalan vannası
Gəncədən bir saatlıq məsafədə yerləşən Naftalan şəhəri neçə əsrlərdir ki, burada çıxan və hər cür xəstəliklərin müalicəsində istifadə olunan nadir müalicəvi xassəli neft (və ya yağ) ilə məşhurdur. Əfsanəyə görə, həmin yağın müalicəvi xüsusiyyətlərini ilk dəfə İpək yolu ilə səyahət edən bir tacir üzə çıxarıb. Tacir xəstə dəvəsini Naftalan gölməçələrindən birinin yanında ölümcül vəziyyətdə qoyub gedir, geri qayıdanda isə dəvənin tamamilə sağaldığının şahidi olur. Sonralar – Sovetlər dövründə – şəhərin sanatoriya-kurortları dəri xəstəliklərindən, əzələ, oynaq və sümük ağrılarından əziyyət çəkən xəstələr arasında məşhurlaşmağa başlayır. Bu gün də şəhər Azərbaycanın aparıcı sağlamlıq turizmi istiqamətlərindən birinə çevrilib. Bir qayda olaraq, müalicə şəhərin sağlamlıq mərkəzlərində, ən azı bir həftə müddətində gündəlik xam neft vannası qəbul edilməsindən ibarətdir.