Zorbulaq – Biçənək marşrutu üzrə haykinq

Batabat yaylağı boyunca uzanan haykinq marşrutu Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının nağılabənzər təbiətini gözlər önünə sərir. Biçənək kəndini və Zorbulağı birləşdirən bu marşrut ilə irəliləyərək Şahbuz rayonunun əsrarəngiz mənzərələrini, zəngin fauna və florasını müşahidə etmək olar.

Zorbulaq – Biçənək marşrutuüzrə haykinq

ZORBULAQ – BİÇƏNƏK MARŞRUTU

Bu marşrut təbiət həvəskarları üçün ideal seçimdir. Səyahət Yuxarı Batabat gölünün sahilindən başlayır. Dağlar qoynunda yerləşən mavi göl həm səhərin ilk işığında, həm də gün batımında mənzərələri ilə ziyarətçilərini heyran edir.

Xəritəni yükləyin

MƏSAFƏ: 6.9 KM

YOXUŞ: 90 M

ENİŞ: 530 M

MAKS. HÜNDÜRLÜK: 2300 M

MİN. HÜNDÜRLÜK: 1805 M

MÜDDƏT:  2 S 45 DƏQ

Ümumi uzunluğu 6.9 km olan marşrut əsasən enişlərdən ibarətdir, buna görə də təcrübəsindən asılı olmayaraq hər kəs rahatlıqla bu yürüşdən zövq ala bilər.

 

Marşrutun ən diqqətçəkən məkanlarından biri təxminən 2 km sonra qarşınıza çıxacaq mağara formalı Fərhad evidir. Qayayabənzər sığınacaq öz mistik görünüşü ilə seçilir. Odur ki, burada dayanıb dərin nəfəs almaq və ətrafı seyr etmək xüsusi bir təcrübədir.


Fərhad evindən sonra yürüş marşrutunun qalan hissəsi meşə və yaşıl çəmənliklərdən keçir. Beləliklə, Zorbulaqdan Biçənək kəndinə doğru yol alarkən ətrafdakı təbiətin bütün gözəlliklərini daha yaxından yaşamaq imkanı əldə edəcəksiniz.

 

Bu marşrutu əks istiqamətdə də gedə bilərsiniz.

 

Ətraf cığırlar
Bu marşrut  Zorbulaq – Aşağı Batabat gölü marşrutu ilə birləşdirilə bilər.

Mövsüm
Ərazidə haykinq üçün ən uyğun dövrlər yaz, yay və payız mövsümləridir.

 

Qida və gecələmə

Marşrut boyunca mağazalar yoxdur, lakin marşruta çatmamış sonuncu dayanacaq olan Biçənək kəndində 2 mağaza fəaliyyət göstərir. Burada kirayə verilən kənd evlərində və ya Batabat İstirahət Mərkəzinin kotteclərində gecələmək mümkündür. Gecələməyi düşünürsünüzsə, çadır və digər ləvazimatları özünüzlə gətirməyiniz məsləhətdir.

 

Su
Marşrut üzərində 2 bulaq yerləşir, əlavə olaraq düşərgə ərazisinin yaxınlığında 1 bulaq daha var.

 

Nəqliyyat
Naxçıvan şəhərindən marşrutun başlanğıc nöqtəsinə qədər taksi və ya şəxsi avtomobil ilə çatmaq mümkündür.

 

Vacib xəbərdarlıq

Marşrutun asfalt avtomobil yolu ilə kəsişdiyi nöqtədə nəqliyyat vasitələrini diqqətlə idarə edin. Göl buz bağladığı dövrlərdə buz qatının çox nazik olması səbəbindən üzərinə çıxmaq qətiyyən tövsiyə edilmir – bu, ciddi xəsarətlərə və təhlükəli vəziyyətlərə yol aça bilər.

 

İcazələr və xüsusi mühafizə edilən ərazilər

Fərhad evi dövlət sərhədi zolağına yaxın məsafədə yerləşir. Bu ərazidə sərhəd zolağına yaxınlaşmaq qadağandır; qaydaların pozulması hüquqi məsuliyyətə səbəb ola bilər. Marşrutun son hissəsində yerləşən hərbi hissəyə zərurət olmadıqca yaxınlaşmaq tövsiyə olunmur. Hərbi obyektlərin, hərbi qulluqçuların və texnikanın foto və videoçəkilişi qadağandır.

Qalereya

Zorbulaq – Biçənək marşrutu üzrə gəzintiyə yollanın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
16.4°C
Orta:
14.1 – 18.2°C / 57.4–64.8°F

Temperaturu hiss et

Hazırda:
13.9°C
Orta:
12.4 – 15.1°C / 54.3–59.2°F

Külək

Hazırda:
  • A few morning showers; windy
  • Şimal-Şimal-Şərq
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Göygöldədigər fəaliyyət növləri

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı

Çıraqlı – Əzgilli  marşrutu üzrə haykinq
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq

Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Alman irsi

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun