Mahrasa mədədi – Soyuqbulaq marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

Mahrasa məbədi – Soyuqbulaq marşrutuüzrə haykinq

Mahrasa məbədi – Soyuqbulaq marşrutu

Mahrasa atəşpərəstliyin məbədlərindən biri kimi fəaliyyət göstərib və ilk dövrlərdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Bu qədim məbəd Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.

Xəritəni yükləyin

MƏSAFƏ: 10,2 KM

YOXUŞ: 1090 M

ENİŞ: 523 M

MAKS. HÜNDÜRLÜK: 1450 M

MİN. HÜNDÜRLÜK: 1034 M

MÜDDƏT: 4 SAAT 50 DƏQ

Soyuqbulağa aparan cığırlar əsasən aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. 5 km sonra yolayrıcına çıxırsınız. Burada sağ tərəflə hərəkət edib 1 km sonra Qız qalasına çata, yaxud sol yol ilə davam edib Soyuqbulaq kəndinə yol ala bilərsiniz.

Yolayrıcından sonra yol dar meşə cığırı ilə davam edir. 3,2 km sonra kiçik çayı keçərək meşədən çılpaq dağlıq əraziyə keçirsiniz. Buradan 1,5 km irəlilədikdən sonra torpaq maşın yoluna çıxırsınız. Bu maşın yolu ilə irəliləyərək 2,7 km sonra Soyuqbulaq kəndinə çatacaqsınız.
Bu marşrutu əks istiqamətdə də gedə bilərsiniz.


Ətraf cığırlar
Bu marşrut Mahrasa mədəbi – Əmirvar marşrutu ilə əlaqələndirilə bilər.
 
Mövsüm
Bütün mövsümlərdə uyğundur. 

Qida və gecələmə

Marşrut üzərində yalnız Soyuqbulaq kəndində kiçik dükan var. Soyuqbulaq kəndində “Heyratın qonaq evi"ndə qalmaq olar (+99451 526 1188).

 

Su
Kəndə qədər sadəcə iki yerdə bulaq var. Mahrasa məbədi ətrafında bulaq yoxdur. 


Nəqliyyat
Gədəbəy rayon mərkəzindən taksi və ya şəxsi avtomobil ilə Mahrasa məbədinə gedə bilərsiniz. Gədəbəy rayon mərkəzindən Mahrasa məbədinə getmək üçün dağ avtomobilinə ehtiyac olacaq. Yol boyu Şəmkir çayını bir neçə yerdən keçmək lazım gəlir. Çayın bol sulu vaxtlarında maşınlar keçə bilmir.
 

Təhlükə qeydi

Meşədən çılpaq dağlıq əraziyə çıxdıqdan sonra 1,5 km-lik yol üzərində bir neçə yerdə çoban alaçıqları var. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azma təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.

Qız qalasının yolu dik qayalıdır. Qalxan və enən zaman sürüşmə ehtimalına qarşı diqqətli olmaq lazımdır.

Qalereya

Mahrasa məbədi – Soyuqbulaq marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
6.8°C
Orta:
5.7 – 10.4°C / 42.3–50.7°F

Temperaturu hiss et

Hazırda:
4.7°C
Orta:
4.1 – 9.9°C / 39.4–49.8°F

Külək

Hazırda:
  • Cloudy and cool with showers
  • Qərb-Cənub-Qərb
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şəmkirdədigər fəaliyyət növləri

Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq
Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Mahrasa məbədi – Əmirvar marşrutu üzrə haykinq

Gədəbəy və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Gədəbəyin zəngin tarixi ilə tanışlıq
Alman irsi

Gədəbəyin zəngin tarixi ilə tanışlıq

Siemens qardaşlarının Azərbaycanda fəaliyyəti ilə maraqlanırsınızsa, dərhal Gədəbəyə yollanın. Bu dağlar qoynunda yerləşən diyarda iki... Daha ətraflı

Qədim Şəmkirə zamanda səyahət
Qədim Şəmkirə zamanda səyahət
İncəsənət, mədəniyyət, irs

Qədim Şəmkirə zamanda səyahət

Qədim tarixə malik olan Şəmkir tarixi məkanlara səfər etməyi sevənlər üçün əsl tapıntı olacaq. Burada... Daha ətraflı

Şəmkirdə alman irsi ilə tanışlıq
Şəmkirdə alman irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Şəmkirdə alman irsi ilə tanışlıq

Şəmkir şəhəri müasirləşən və daim yenilənən görkəmi ilə hər kəsi təəccübləndirir, amma burada dəyişməz olaraq... Daha ətraflı

Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şəmkir şəhərində maraqlı və əyləncəli gün
Şopinq və alış-veriş

Şəmkir şəhərində maraqlı və əyləncəli gün

Şəmkir şəhərində maraqlı və əyləncəli gün keçirmək üçün çox sayda imkanlar mövcuddur. Aşıq musiqisinə qulaq... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şəmkir
Şəmkir

Şəmkir

Təzə, tər tərəvəzlər dedikdə, ilk növbədə Şəmkir rayonu yada düşür. Şəmkir həmçinin qədim abidələri, o cümlədən orijinal parkları ilə seçilir. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun