Gəncədədoyunca əylənin
Günbəgün yenilənən bu əyləncə kompleksində ziyarətçilər üçün müxtəlif ölkələrdən gətirilmiş müxtəlif attraksionlar, ayaq üstü şahmat, 8d Tir və 7D kinoteatr, “Mustanq” atçılıq klubu, AFFA standartlarına tam uyğun gələn futbol meydançaları mövcuddur. Həmçinin parkın ərazisində quraşdırılan nağıl personajlarının fiqurları, oyun meydançası və digər attraksionlar ilə uşaqlar bir an belə darıxmayacaq. Hətta kompleksdə adrenalin həvəskarlarının xüsusi marağına səbəb olan attraksionlar sizə həyəcan dolu anlar yaşamağı vəd edir. Sürət həvəskarları isə mütləq kartinqi sınamalıdır. Əyləncəli vaxt keçirdikdən sonra burada fəaliyyət göstərən kafe və restoranların birində əyləşərək ləziz təamlardan dada bilərsiniz. Daha sonra gül-çiçəklə bəzənmiş ərazidə yürüş edə və hər axşam amfiteatrda təşkil olunan konsert və tamaşalardan zövq ala bilərsiniz.
Ətraflı məlumat üçün:
Giriş sərbəstdir.
Ünvan: Yeni Gəncə qəsəbəsi, Heydər Əliyev Park-Kompleksinin yaxınlığı