Gəncədə “Əli və Nino” izləri

Yazıldığı tarixdən yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün də sevilə-sevilə oxunan “Əli və Nino” romanının izləri ilə Gəncə şəhərinin tarixi yerlərinə səyahətə çıxa bilərsiniz.

“Əli və Nino”qəhrəmanlarının izləri ilə

Gəncədə“Əli və Nino” izləri

İlk dəfə 1937-ci ildə Vyanada Qurban Səid təxəllüslü müəllifin əsəri kimi nəşr olunan “Əli və Nino” ilk baxışda azərbaycanlı zadəgan ailəsindən olan Əli ilə gürcü şahzadəsi Nino arasındakı təsirli sevgi hekayəsindən bəhs edən məhəbbət romanı olsa da, burada həm də Birinci Dünya müharibəsi, Oktyabr inqilabı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun keçdiyi keçməkeşli yollar və istiqlal fədailərinin son ana qədər mübarizəsi qələmə alınıb. Əsərdə hadisələr 1909-1920-ci illəri əhatə edən dövrdə Gəncədə, Şuşada, Bakıda, Tbilisidə, Dağıstanda və İranda cərayan edir. Bu roman təkcə parlaq sənət əsəri deyil, həm də XX əsrin əvvəllərində etnik qrupların, mədəniyyətlərin və dinlərin kəsişdiyi Qafqaza bir növ bələdçidir.

Romanda Gəncə ilə bağlı məqamlar kifayət qədərdir. Belə ki, həmin illərdə Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, mübariz qərargahı idi. Məhz Gəncə yaxınlığında Əli xan Şirvanşirin ulu babası ruslara qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur. Əsərin sonluğu Əlinin ulu babası ilə eyni taleyi yaşadığını göstərir. Müəllif romanın son hissəsində Gəncə camaatının Cümhuriyyətin süqutundan sonra bolşeviklərə qarşı üsyanını qələmə almışdır. Əsərin qəhrəmanı Əli məhz bu döyüşlər zamanı Gəncəçayın üzərindəki körpüdə qəhrəmanlıqla həlak olur. Tur zamanı keçə biləcəyiniz bu körpü Gəncədə Mirzə Abbas Abbaszadə küçəsində yerləşir və bəzi mənbələrdə onun inşasının XVII əsrə aid olduğu bildirilir. Körpü sonrakı dövrlərdə bir neçə dəfə sökülərək yenidən inşa edilib.

Marşrutun digər maraqlı yerləri sırasına Azərbaycan Xalq Cümhuriyyətinin hökumət binası, XVII əsrə aid olan və romanda Əlinin sığındığı Cümə məscidi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Kiril və Mefodiy adına rus pravoslav kilsəsi, “Gəncəçay” park-bulvar kompleksində “Əli və Nino” abidəsi daxildir.

Bu xəritənin köməyi ilə siz bu maraqlı mədəniyyət turu boyunca əsas məkanları ziyarət edə bilərsiniz.

Xəritəni yükləyin
QALEREYA

Gəncədə “Əli və Nino” romanının qəhrəmanlarının izləri ilə səyahətə çıxın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
14.7°C
Orta:
13.2 – 15.9°C / 55.8–60.6°F

Temperaturu hiss et

Hazırda:
13.3°C
Orta:
11.3 – 16.7°C / 52.3–62.1°F

Külək

Hazırda:
  • Artan buludların müşayiəti ilə daha sərin
  • Cənub-Cənub-Şərq
  • sürət 13 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Gəncədə "Əli və Nino" turu

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Gəncədədigər fəaliyyət növləri

Gəncənin türbələr səltənəti
Gəncənin türbələr səltənəti
Muzeylər və qalereyalar

Gəncənin türbələr səltənəti

Haqqında çox rəvayətlər dolaşan Səbzikar qəbiristanlığı tarixdə imzalarını qoymuş adlı-sanlı şəxsiyyətlərin son məkanı olmaqla yanaşı,... Daha ətraflı

Cavad xan türbəsi
Cavad xan türbəsi
Muzeylər və qalereyalar

Cavad xan türbəsi

Gəncə bu günki məğrur simasını zamanında sinə gərdiyi mübarizələrə və mübarizlərinə borcludur. Həmin mübarizələrin birində... Daha ətraflı

Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Milli Parklar

Qafqazın ən böyük parkında gəzinti və əyləncə

Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev Park-Kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə... Daha ətraflı

Məhsəti Gəncəvinin yaradıcılıq irsi
Məhsəti Gəncəvinin yaradıcılıq irsi
Muzeylər və qalereyalar

Məhsəti Gəncəvinin yaradıcılıq irsi

Bu sarayları xatırladan binada Azərbaycanın ilk qadın şairəsi hesab edilən Məhsəti Gəncəvinin yaradıcılıq dünyasına səyahət... Daha ətraflı

Cavad xan küçəsində tarixin izləri
Cavad xan küçəsində tarixin izləri
Muzeylər və qalereyalar

Cavad xan küçəsində tarixin izləri

Buraya bəzən Gəncə şəhərinin “döyünən ürəyi” də deyirlər. Müasirlik və qədimliyin qovuşduğu Cavad xan küçəsi... Daha ətraflı

Gəncəçay park-bulvar kompleksi
Gəncəçay park-bulvar kompleksi
Milli Parklar

Gəncəçay park-bulvar kompleksi

O, bəşəriyyətin dünya ədəbiyyatında özünəməxsus yeri olan, dəyərli əsərləri bir müdriklik xəzinəsi hesab edilən dünya... Daha ətraflı

Nizami Gəncəvi məqbərəsi və muzeyi
Nizami Gəncəvi məqbərəsi və muzeyi
İncəsənət, mədəniyyət, irs

Nizami Gəncəvi məqbərəsi və muzeyi

O, bəşəriyyətin dünya ədəbiyyatında özünəməxsus yeri olan, dəyərli əsərləri bir müdriklik xəzinəsi hesab edilən dünya... Daha ətraflı

İlham mənbəyi Xan bağı
İlham mənbəyi Xan bağı
Milli Parklar

İlham mənbəyi Xan bağı

Gəncə tək gözəlliyinə görə bir-birindən fərqlənən tarixi məkanları, abidələri ilə zəngin deyil, bu şəhərdə həm... Daha ətraflı

“GəncLand” istirahət və əyləncə kompleksi
“GəncLand” istirahət və əyləncə kompleksi
Outdoor Activities

“GəncLand” istirahət və əyləncə kompleksi

Gəncədə böyükdən kiçiyə hər kəsin zövqünə uyğun möhtəşəm əyləncələr “GəncLand” ailəvi istirahət və əyləncə kompleksində... Daha ətraflı

Memarlığın yüksəlişi Şah Abbas məscidi
Memarlığın yüksəlişi Şah Abbas məscidi
Dini turizm

Memarlığın yüksəlişi Şah Abbas məscidi

XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas (Cümə) məscidi Gəncənin tarixi abidələri içərisində... Daha ətraflı

Gəncədə Aleksandr Nevski kilsəsi
Gəncədə Aleksandr Nevski kilsəsi
Mədəni irs obyektləri

Gəncədə Aleksandr Nevski kilsəsi

Zamanında rusların ibadət etmələri üçün tikilən Aleksandr Nevski kilsəsi bu gün Gəncə şəhərinin diqqətəlayiq xristian... Daha ətraflı

Tarixi memarlıq nümunəsi  hamamda mənəvi dinclik
Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik
Rekreasiya

Tarixi memarlıq nümunəsi hamamda mənəvi dinclik

UNESCO tərəfindən mühafizə olunan Çökək hamamı tarixin səhifələrini özündə yaşatmaqla bərabər, həm də ruhən təzələnmək... Daha ətraflı

İncəsənətdə yeni nəfəs Gəncəsənət
İncəsənətdə yeni nəfəs Gəncəsənət
İncəsənət, mədəniyyət, irs

İncəsənətdə yeni nəfəs Gəncəsənət

Qədim mədəniyyətin beşiyi, dahi Nizami Gəncəvinin vətəni incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasına ev sahibliyi edir.... Daha ətraflı

Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Təbiət qoynunda istirahət

Qafqazın ən böyük parkında gəzinti və əyləncə

Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev park-kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə... Daha ətraflı

Dadlı Gəncə nemətləri və mətbəxi
Dadlı Gəncə nemətləri və mətbəxi
Qida, içki və gecə həyatı

Dadlı Gəncə nemətləri və mətbəxi

Qədim tarixə və gənc ruha malik Gəncə şəhəri həm də Azərbaycanın qastronomik destinasiyalarından biridir. Yerli... Daha ətraflı

Xan bağı və şəhər mərkəzində gəzinti
Xan bağı və şəhər mərkəzində gəzinti
Məscid və türbələr

Xan bağı və şəhər mərkəzində gəzinti

Gəncənin ən qədim parklarından olan Xan bağında isti yay günlərində sərinləmək olar. Burada dələlərlə də... Daha ətraflı

Gəncədə İmamzadə türbəsini ziyarət
Gəncədə İmamzadə türbəsini ziyarət
Məscid və türbələr

Gəncədə İmamzadə türbəsini ziyarət

Gəncə şəhərinin yaxınlığında yerləşən İmamzadə məscidi xalqımızın başlıca etiqad mərkəzlərindəndir. İmamzadə yalnız dini məqsədlərlə deyil,... Daha ətraflı

Gəncədə qeyri-adi ev önündə foto
Gəncədə qeyri-adi ev önündə foto
Ailəvi istirahət

Gəncədə qeyri-adi ev önündə foto

Gəncədə yerləşən ən qeyri-adi tikililərdən biri butulka evdir. Bu evi öz gözlərinizlə görməklə yanaşı, fotosunu... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Gəncə
Gəncə

Gəncə

Dahi Azərbaycan şairi Nizaminin vətəni olan Gəncə tarixi şəhər olmaqla bərabər, müasir və gənc ruhu ilə seçilir. Bu şəhərdə qədim dövrlərdən qalma abidələrlə yanaşı, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyətinə aid irs də qorunur. Daha ətraflı

xəbər bülletenimizə abunə olun