Naftalan kurortundasağlamlığa qayğı
Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir. Bütün il ərzində "Garabag Resort and SPA", "Chinar Hotel & Spa" və “Gashaltı Health Resort” kimi beşulduzlu hotellərdə tibbi xidmətlər, həmçinin spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Bundan başqa, “Kəpəz” və “Naftalan” kimi ixtisaslaşdırılmış sağlamlıq mərkəzləri - sanatoriyalar fəaliyyət göstərir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir. Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!