Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

Çıraqlı – Əzgilli marşrutuüzrə haykinq

Çıraqlı – Əzgilli marşrutu

"Çıraqlı" sözünün qədim türkdilli etnos olan sirakların, yaxud qızılbaşların çıraqlı tayfasının adından götürüldüyü təxmin edilir. Kəndləri birləşdirən və çılpaq təpəliklər və seyrək meşəlik ərazilərdən keçən yol yalnız yolsuzluq avtomobilləri üçün uyğundur. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin.

Xəritəni yükləyin

MƏSAFƏ: 9,3 KM

YOXUŞ: 564 M

ENİŞ: 434 M

MAKS. HÜNDÜRLÜK: 1880 M

MİN. HÜNDÜRLÜK: 1370 M

MÜDDƏT: 4 SAAT

 

Marşrutun ilk 4,6 km-i əsasən yoxuşdur. Kəndin yuxarı çıxışından 1,5 km sonra yolayrıcından düz davam etmək lazımdır. 3,1 km sonra yoxuş bitir və bu yoxuşun sonundakı qəbiristanlıqdan sola dönmək lazımdır. Sonrakı 2 km nisbətən düz ərazidir, Əzgilli kəndinə qədər enişlə davam edir. Yoxuşun bitdiyi – qəbiristanlığa qədər olan hissə əsasən seyrək meşəlik, sonrakı hissə isə ağacsız, çılpaq ərazidir.

Ətraf cığırlar
Bu marşrut Çıraqlı – Cavadxan zirvəsi, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.

Mövsüm
Bütün mövsümlərdə gedilə bilər. 

 

Qida və gecələmə
Yol boyu və Çıraqlı kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi”ndə qalmaq olar (+99455 286 5228).

Su
Kəndlərdə bulaqlar var, bundan əlavə marşrut boyunca beş yerdə bulaq var.

Nəqliyyat
Çıraqlı kəndinə Daşkəsən rayonundan maşın yolu yoxdur. Bura Daşkəsən rayonunun Kollu və Dəstəfur kəndlərindən piyada, Əzgilli kəndindən isə maşınla gedə bilərsiniz. Kollu kəndindən 4,1 km, Dəstəfur kəndindən isə 8,5 km məsafədədir.

Əzgilli kəndi Göygöl rayonunun Daşkəsən rayonu ilə sərhəd sonuncu kəndidir. Bu kəndə yeganə maşın yolu Toğana kəndindəndir.

Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün dağ maşını lazımdir. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar.
 

Təhlükə qeydi

Qəbiristanlıqdan sonra bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz. 

Qalereya

Çıraqlı – Əzgilli marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
10°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
4.8°C
Orta:
2.2 – 7°C / 36.0–44.6°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 22.2 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

region və marşrut barədədaha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun