Xan bağıvə şəhər mərkəzində gəzinti
Gəncədə tarixi abidələrin, mədəniyyət ocaqlarının yerləşdiyi mərkəzi meydanı gəzintiyə çıxın. Burada Səfəvilərin hakimiyyəti dövründə inşa edilmiş Şah Abbas məscid kompleksi, orta əsrlərdən qalma hamamlar sizdə xoş ovqat yaradacaq. Yaxınlıqda yerləşən, Gəncənin sonuncu xanı Cavad xan türbəsinə baş çəkin. Yüz il bundan əvvəl işğalçılara qarşı vuruşmuş, xalqın bu qəhrəman oğlunun ölümündən sonra Gəncə Rusiya İmperiyası tərəfindən işğal edilmişdir. Mərkəzi meydandakı bəzi qədim tikililərdə həmin dövrün, həmçinin sovet dövrünün izləri qalmaqdadır: sosialist klassisizmi üslubundakı nəhəng tağlı giriş, stalinist memarlığına xas “Gəncə Hotel” və Elmlər Akademiyasının fasadı. Buradan şəhərin cənub-qərbinə doğru, Azərbaycanın ən qədim parklarından birinin yerləşdiyi məkana, altı hektarlıq əraziyə sahib “Xan bağına” yollanın. Bir müddət Sərdar bağı kimi tanınan bu qədim parkda yüzlərlə ağaca rast gələ bilərsiniz. Xüsusən də, isti yay günlərində bu Xan bağında sərinləyə birləsiniz. Bunlardan başqa, yüz il əvvəl Azərbaycan Demokratik Respublikası hökumətinin qısa müddət yerləşdiyi binanı – Azərbaycan Dövlət Aqrar Universitetini ziyarət etməyi də unutmayın. Gəncənin mərkəzi küçələrində hələ də ADR dövrünə aid izlər qalmaqdadır.