Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar. Marşrut Cavadxan zirvəsinin altından, zirvəyə 700 metr qalmış başlayır. Zirvənin hündürlüyü 2 107 m-dir.

Cavadxan zirvəsi – Çıraqlı marşrutuüzrə haykinq

Cavadxan zirvəsi – Çıraqlı marşrutu

Marşrutun başladığı Cavadxan zirvəsində Cavad xanın abidəsi ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir.

Xəritəni yükləyin

MƏSAFƏ: 13,9 KM

YOXUŞ: 393 M

ENİŞ: 1114 M

MAKS. HÜNDÜRLÜK: 2107 M

MİN. HÜNDÜRLÜK: 1370 M

MÜDDƏT: 5 SAAT 20 DƏQ

 

Marşrutun əsas hissəsi torpaq maşın yoludur, bir hissəsi isə dağ cığırlarıdır. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Sol yol ilə irəliləmək lazımdır. Bir qədər sonra maşın yolu bitir və bu yerdə yol iki yerə ayrılır. Buradan sağ yol ilə davam etmək lazımdır.

Maşın yolu bitdikdən sonra 1,6 km irəliləyib, qarşıdakı təpənin sağ tərəfindən keçib sola doğru irəliləmək lazımdır. 1,2 km sonra qarşıdakı təpənin üstündən keçmək lazımdır. Bu hündürlükdən ətraf ərazilərə gözəl mənzərə açılır. Təpənin sağ tərəfi ilə də keçmək mümkündür. 1,7 km sonra maşın yoluna çıxırsınız. Buradan sağa dönmək lazımdır. Yolun üzərində köhnə qəbiristanlıqla rastlaşacaqsınız, həmin hissədə yolayrıcından sağa dönmək lazımdır. Qəbiristanlıqdan 2,4 km sonra sola yolayrıcı var. Buradan düz davam etmək lazımdır.

Qəbiristanlığa qədər olan hissədə cığır əsasən ağacsız, çılpaq ərazi ilə davam edir, sonrakı hissə isə seyrək meşəlik ərazidir. Başlanğıcdan sona qədər əsasən eniş və nisbətən düz yoldur, bir neçə yerdə kiçik yoxuşlar var. Marşrutun yekun nöqtəsi Çıraqlı kəndidir. Çıraqlı kəndi Daşkəsən rayonuna aid olsa da, bu rayondan kəndə maşın yolu yoxdur, yalnız Göygöl rayonundan getmək mümkündür.

Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.

 

Ətraf cığırlar

Bu marşrut Cavadxan zirvəsi – Əzgilli, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.

 

Mövsüm

Bütün mövsümlərdə gedilə bilər.

 

Qida və gecələmə

Yol boyu və Çıraqlı kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi"ndə qalmaq olar (tel.: +99455 286 5228).

 

Su

Məlumat lövhəsinə 1 km qalmış bulaq var. Marşrut üzərində beş yerdə və Çıraqlı kəndində bulaq var.

 

Nəqliyyat

Göygöl avtovağzalından Toğana kəndinə gedən avtobus və ya taksilərə minə bilərsiniz. Hacıkənd qəsəbəsindən Toğana kəndi istiqamətində hərəkət etdikdə “5 ulduz” restoranına çatmamış sağ tərəfə dönmək lazımdır. Torpaq maşın yolu ilə 10 km irəlilədikdən sonra məlumat lövhəsinə çatacaqsınız. Həmin torpaq maşın yolu yolsuzluq avtomobillərinin hərəkəti üçün uyğundur. Əgər həmin hissəni piyada getməyəcəksinizsə, Göygöl avtovağzalından yolsuzluq avtomobili ilə yola çıxın, çünki yolayrıcında maşın tapmaq çətin ola bilər.

Çıraqlı kəndindən sonra maşın yolu yoxdur. Maşınla və ya piyada Əzgilli kəndinə qayıda, yaxud Dəstəfur kəndinə qədər yenidən piyada gedə bilərsiniz.

 

Təhlükə qeydi

Marşrut üzərində bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.

Qalereya

Cavadxan zirvəsi – Çıraqlı marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
10°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
4.8°C
Orta:
2.2 – 7°C / 36.0–44.6°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 22.2 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Göygöldədigər fəaliyyət növləri

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər... Daha ətraflı

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı

Çıraqlı – Əzgilli  marşrutu üzrə haykinq
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq

Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Qida, içki və gecə həyatı

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun