Gəncədə İmamzadə türbəsiniziyarət
Gəncə şəhərindən təxminən 7 kilometr şimalda yerləşən İmamzadə məscidi Azərbaycanın mötəbər və məşhur dini ocaqlarından sayılır. “İmamzadə” məscidi (“Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır) 14-cü əsrdən tikilməyə başlamış, müəyyən mərhələlərlə beşinci imam Məhəmməd əl-Baqirin oğullarından birinin qəbri üzərində inşa edilmişdir. Üstündən illər keçəndən sonra bu ziyarətgah türbəyə, daha sonra isə kompleksə çevrilmişdir. Uzun müddət ərzində ərazidə qala divarları ilə əhatələnmiş bir sıra məscid və karvansaralar dağıntılara məruz qalmışdır. 2010-2016-cı illərdə kompleks yenidən və əsaslı bərpa edilmişdir. Türbənin tovuz quşunun əksi və çiçək naxışları ilə bəzədilmiş göy kirəmitli möhtəşəm günbəzinə xüsusilə diqqət yetirin.