şəfalı sanatoriyalarda müalicə və istirahət

Dağlıq və dağətəyi rayonların füsunkar təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri il boyunca sizin dolğun istirahətiniz və sanatoriya müalicəniz üçün hazırdır.

şəfalı sanatoriyalardamüalicə və istirahət

Sağlam bədəndəsağlam ruh

Sağlamlıq insana bəxş edilən ən böyük sərvət, ən gözəl nemətdir. “Kurortlar diyarı” adı ilə məşhurlaşan Azərbaycanda təbii müalicəvi əhəmiyyətə malik sanatoriyalar isə sağlamlığın bərpa edilməsində əvəzsiz rol oynayır. Hər il yüzlərlə insanın üz tutduğu bu müalicəvi sanatoriyalarda təbiətin bəxş etdiyi şəfalı termal sular, vannalar, terapiyalar, palçıqlar ilə bərabər mütəxəssis həkimlər hər zaman ziyarətçilərin xidmətindədir. Burada olan qonaqlar Naftalan və digər müalicəvi vannalar, eləcə də Qalaaltı və Sirab mineral sularının vasitəsilə müalicə almaqla yanaşı, Xəzərin sahilində dincələrək qızıl qumlu çimərliklərdən həzz alırlar.

Zəngin kurort və rekreasiya resurslarına malik Azərbaycanda kurort mövsümü il boyu davam edir, xüsusilə, yay fəslində ölkəmizin bir çox sanatoriya və istirahət guşələrində sağlam bədəndə sağlam ruha qovuşmaq, həm də enerji toplamaq üçün bu imkanları əldən buraxmaq olmaz. Müalicəvi hava, günəş və gün vannaları, eləcə də ucsuz bucaqsız Xəzər dənizi burada istirahət edənlərin yaddaşından əsla silinməyəcək. 

“Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərindən cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən zövq almağa və ürək-damar sistemi xəstəliklərinin müalicəsinə müsbət təsir göstərəcək. 

Mərdəkan qəsəbəsində yerləşən “Qaranquş” uroloji sanatoriyası pasientlərə təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə unikal müalicə imkanı yaradır, mülayim iqlimi isə uroloji xəstəliklərin müalicəsində çox əhəmiyyətlidir. Burada çalışan yüksəkixtisaslı mütəxəssis kurortoloqlar uğurlu müalicənizin əsas qarantıdır.  

“Günəşli” nevroloji sanatoriyası Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının digər mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində istirahətdən zövq almaq və əsəb sisteminizi sakitləşdirməyə imkan verir. “Günəşli”-ni seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında müalicə olunurlar. 

Müalicəvi və iqlim amillərinin unikal şəkildə birləşdiyi Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” mədə-bağırsaq sanatoriyasının qonaqları adətən belə rəylərlə buranı tərk edirlər: “Düzünü desəm, heç bilmirəm sağalmağıma ən çox təsir edən nə oldu; müalicə, dəniz, günəş, yaxud addımbaşı rastlaşdığım mehribanlıq və səmimilik. Buranı çox gözəl ovqatda tərk edirəm”.

Bakı şəhərindən cəmi 10 km aralıqda Bibi-Heybət qəsəbəsində yerləşən “Şıx” sanatoriyasında həkim göstərişinə əsasən tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannalarının qəbulu sanatoriyanı dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir.   

Mərdəkan qəsəbəsində yerləşən “Miras” İstirahət Mərkəzinin qonaqları isə istənilən zaman mütəxəssis həkimlər – qastroenteroloq, uroloq, nevropatoloqla məsləhətləşmək, eləcə də zərurət halında müvafiq funksional diaqnostika müayinəsindən keçə və sanatoriya-kurort məsləhət və müalicəsini ala bilərlər.


"Bilgəh" kardioloji sanatoriyası haqda əlavə məlumat:
Ünvan: Sabunçu rayonu, Bilgəh qəsəbəsi, AZ1144 
Veb-səhifə: bilgeh-sanatoriyasi.az/  
Tel.: +99412 453 61 66; +99412 453 61 62
E-mail ünvanı: [email protected] 

"Qaranquş" uroloji sanatoriyası haqda əlavə məlumat:
Ünvan: Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 45, AZ1076
Veb-səhifə: qaranqus-sanatoriyasi.az/  
Tel.: +99412 454 44 07
E-mail ünvanı: [email protected] 

"Günəşli" nevroloji sanatoriyası haqda əlavə məlumat:
Ünvan: Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 99
Veb-səhifə: gunesli-sanatoriyasi.az/  
Tel.: +99412 454 34 30; +99412 454 33 78
E-mail ünvanı: [email protected]  

“Abşeron” mədə-bağırsaq sanatoriyası haqda əlavə məlumat: 
Ünvan: Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95
Veb-səhifə: abseron-sanatoriyasi.az/  
Tel.: +99412 454 35 30; +99412 454 23 50
E-mail ünvanı: [email protected] 

“Şıx” sanatoriyası haqda əlavə məlumat:
Ünvan: Səbail rayonu, Namiq Quliyev küçəsi 45
Veb-səhifə: shix-sanatoriyasi.az/  
Tel.: +99412 581 22 70; +99412 581 19 85
E-mail ünvanı: [email protected] 

“Miras” İstirahət Mərkəzi haqda əlavə məlumat: 
Ünvan: Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95
Veb-səhifə: mirashotel.az/  
Tel.: +99412 454 16 03; +99412 454 16 85
 E-mail ünvanı: [email protected] 
 

Sağlam bədəndə | sağlam ruh
QALEREYA

Abşeron sanatoriyalarında sağlamlığınızın qeydinə qalın

region və marşrut barədədaha ətraflı

Naftalan
Naftalan

Naftalan

Naftalan şəhəri Gəncədən bir saatlıq məsafədə yerləşir. Şəhər əsrlər boyu buradan çıxarılan və müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan nadir neft növü ilə tanınır. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun