Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı kəndindən başlayır. Kəndin hər tərəfindən Qoşqar dağını görə bilərsiniz.

Çıraqlı – Dəstəfur marşrutuüzrə haykinq

Çıraqlı – Dəstəfur marşrutu

Dəstəfur kəndindən 1 km məsafədə, kənd qəbiristanlığının yaxınlığında alban məbədi var. 15-ci əsrə aid edilən məbəd 20-ci əsrdə Sovet hakimiyyəti nümayəndələri tərəfindən təmir-bərpa adı altında vandalizmə məruz qalmışdır. Hətta məbədin bir hissəsi partladılmışdır.

Xəritəni yükləyin

MƏSAFƏ: 8,3 KM

YOXUŞ: 494 M

ENİŞ: 543 M

MAKS. HÜNDÜRLÜK: 1405 M

MİN. HÜNDÜRLÜK: 1125 M

MÜDDƏT: 3 SAAT 30 DƏQ

 

Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Marşruta başladıqdan 1,8 km sonra Gəncə çayının sahilinə çatırsınız. Gəncə çayının sahili ilə 350 m axın istiqamətində irəlilədikdən sonra çayın digər sahilində çardaq və bulaq olan yerdən çayı keçmək lazımdır. Burada meşənin içi ilə davam edən köhnə maşın yolu ilə rastlaşacaqsınız. Meşənin içindən açıqlığa çıxdığınız yerdə yol iki hissəyə ayrılır. Sol yol ilə 250 m sonra Kollu kəndinə, sağ yol ilə 4,6 km sonra Dəstəfur kəndinə çatırsınız. Marşrut bütünlükdə köhnə maşın yolu ilə irəliləyir. Bu yol hazırda yararsız vəziyyətdədir və maşınların hərəkəti üçün uyğun deyil.

Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.
 

Ətraf cığırlar
Bu marşrut Çıraqlı – Əzgilli Çıraqlı – Cavadxan zirvəsi marşrutları ilə əlaqələndirilə bilər.

Mövsüm
İlin yağıntı çox düşən və soyuq vaxtlarında Gəncə çayını keçmək çətin ola bilər. 

 

Qida və gecələmə
Marşrut üzərində yalnız Dəstəfur kəndində bir kiçik dükan var. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi”ndə (+99455 286 5228), Dəstəfur kəndində isə “Səmayənin qonaq evi”ndə (+99455 225 7871) qalmaq olar.

 

Su
Kəndlərdə olan bulaqlardan başqa, marşrut üzərində yalnız bir yerdə bulaq var – Gəncə çayını keçdiyiniz yerdə sol sahildə. 

 

Nəqliyyat
Çıraqlı kəndinə Daşkəsən rayonundan maşın yolu yoxdur. Çıraqlıya Göygöl rayonunun Əzgilli kəndindən maşınla gedə bilərsiniz. Yol yalnız dağ maşınları üçün uyğundur.

Əzgilli kəndi Göygöl rayonunun Daşkəsən rayonu ilə sərhəd sonuncu kəndidir. Bu kəndə tək maşın yolu Toğana kəndindəndir.

Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün dağ maşını lazımdır. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar.

Çıraqlı kəndi Əzgilli kəndindən 9,3 km məsafədədir.

Təhlükə qeydi

Gəncə çayını keçmək üçün körpü yoxdur. Çay kifayət qədər enlidir, bu səbəbdən üzərindən hoppanmaq mümkün deyil və çayın içi ilə keçmək lazımdır. İlin yağıntılı vaxtlarında çayın səviyyəsi qalxır, həmin vaxtlarda çayı keçmək məsləhət görülmür.

Qalereya

Çıraqlı – Dəstəfur marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
9.2°C
Orta:
4 – 10.7°C / 39.2–51.3°F

Temperaturu hiss et

Hazırda:
3.8°C
Orta:
2.2 – 7°C / 36.0–44.6°F

Külək

Hazırda:
  • Low clouds and breezy
  • Cənub
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Göygöldədigər fəaliyyət növləri

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Cavadxan zirvəsi,... Daha ətraflı

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası, Mahrasa məbədi, Şəmkir çayına... Daha ətraflı

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Dəstəfur – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut Dəstəfur çayının sol sahilində yerləşən eyniadlı kənddən başlayır. Daha ətraflı

Çıraqlı – Əzgilli  marşrutu üzrə haykinq
Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına... Daha ətraflı

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq

Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli kəndinin yuxarı hissəsindən başlayır.... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Qida, içki və gecə həyatı

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr dolaşır. Göygölü canlı görərək... Daha ətraflı

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış məskəni 19-cu əsrdə buralara... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun