Azərbaycanda haykinq turları

Müasirliklə uyğunlaşan şəhər mühiti rahatlıq və böyük imkanların çoxluğu ilə hər kəsi cəlb etsə də, təbiətin verdiyi sakitliyi və sağlamlığı bir qədər uzaqlaşdırır.

Təbiətlə baş-başa olmaq, şəhərin səs-küyündən uzaqlaşmaq, səssizliyin əhatəsində ağaclardan gələn zərif mehin həzin səsini duya bilmək, gecə göydə sayrışan ulduzları saya bilmək haykinqin yaratdığı xoşbəxtliyin sadəcə kiçik bir hissəsidir. Biz haykinq etdiyimiz zaman həm də təbiətə fayda veririk, belə ki, avtomobildən minumum istifadə etdiyimiz zaman hava və səs-küy çirkliliyi də azalır. Azərbaycanın şimal və şimal-qərb hissəsində istifadəyə verilən və uzaq dağ kəndlərindən keçən 16 yeni haykinq marşrutu bu macəranı dağ yürüşünü iştirakçıları üçün daha maraqlı və cəlbedici edir. 

Yeni marşrutlardan biri Xınalıq-Qalaxudat üzrə dağ yürüşü Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndində əsrarəngiz Qafqaz dağları qoynunda unudulmaz sərgüzəştlər yaşamaq üçün əla seçimdir. Xınalıqlılar yalnız bu xalqa xas dildə danışır və yerli sakinlər arasında məşhur sənətkarlıq növlərindən biri olan rəngli, yun materialdan corabların toxunması geniş yayılmışdır. Bu kəndlərdə qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri fəaliyyət göstərir. Yaxınlıqdan keçən Kuzun-Yerği kek cığırı ilə irəliləsəniz, Şahdağ platosunun sıldırım qayalıqlarının fonunda geniş subalp çəmənliklərindən zövq alıb ləzgi mədəniyyəti ilə tanış ola bilərsiniz. Lakin istiqaməti Kiçik Qafqaz dağlarına doğru çevirmək istəsəniz, əzəmətli Kəpəz və Qoşqar dağlarına açılan valehedici mənzərələr sizi qarşılayacaq. Azərbaycanın cənub mirvarisi hesab olunan Talış dağları Azərbaycanın bir çox əsararəngiz kəndlərini özündə birləşdirərək cənub regionunu haykinq üçün ən çox üz tutulan istiqamətlərdən birinə çevirir.  

ATB və tərəfdaşları bütün bu yerlərdə ölkəyə gələn qonaqların müxtəlif turizm məkanlarını ziyarət etməsi və öz növbəsində yerli icmaların turizm sənayesindən gəlir əldə etmələri üçün turizm zonalarının mühafizəsi istiqamətində davamlı olaraq çalışır. Məhz bu dayanıqlılıq prinsipləri əsasında turistlərin ziyarət etdikləri məkanlar gələcək nəsillər üçün öz görkəmini və xüsusiyyətlərini qoruyub saxlaya biləcək.  

işarələnmişmarşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı,... Daha ətraflı

Kiş – Baş Göynük marşrutu üzrə haykinq
Kiş – Baş Göynük marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Kiş – Baş Göynük marşrutu üzrə haykinq

Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa... Daha ətraflı

Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Baş Göynük – Kiş marşrutu üzrə haykinq

Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş... Daha ətraflı

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq

Qumuxdan Qaşqaçaya gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət... Daha ətraflı

digərmarşrutlar

Vəhşi təbiətdə  həyəcanı hiss et
Vəhşi təbiətdə həyəcanı hiss et
Aktiv istirahət

Vəhşi təbiətdə həyəcanı hiss et

Bura Şahdağ Milli Parkıdır - zəngin flora və faunası ilə seçilən,... Daha ətraflı

Dağlar qoynunda sərgüzəştlər
Dağlar qoynunda sərgüzəştlər
Digər marşrutlar

Dağlar qoynunda sərgüzəştlər

Lerikin Talış dağlarında yerləşən kəndlərinin biri digərindən gözəldir. Burada sizi əsrlərlə... Daha ətraflı

Sım kəndinə səyahət
Sım kəndinə səyahət
Milli Parklar

Sım kəndinə səyahət

Lənkərandan qısa məsafədə yerləşən Sım kəndinə haykinq turlara qoşula bilərsiniz. Hirkan... Daha ətraflı

Bazardüzü zirvəsinə yürüş
Bazardüzü zirvəsinə yürüş
Digər marşrutlar

Bazardüzü zirvəsinə yürüş

Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Rusiya ilə sərhəddə yerləşir. Bu... Daha ətraflı

Azərbaycan sizin gözlərinizlə #ExperienceAzerbaijan

Hər fotonun öz tarixçəsi var. Siz də Azərbaycanın gözəl məkanlarında çəkdiyiniz fotoları #ExperienceAzerbaijan həştəqi ilə paylaşın və hekayənizi bütün dünya ilə bölüşün.

Azərbaycandadigər müvafiq fəaliyyət növləri

əzəmətilə gözoxşayan Pəzməri şəlaləsi
Outdoor Activities

əzəmətilə gözoxşayan Pəzməri şəlaləsi

Azərbaycanın mənzərəli Ordubad rayonunda yerləşən sakitləşdirici Pazmari Şəlaləsini kəşf edin. Təxminən 20 metr hündürlüyü ilə ölkənin ən hündür şəlalələrindən biri olan bu məkan, Zəngəzur dağ silsiləsinin heyrətamiz mənzərələrini təqdim edir. Pazmari kəndindən qısa bir yürüşlə çatmaq mümkün olan bu sakit guşə, Naxçıvanın təmiz təbiətini araşdıran təbiət həvəskarları və macəra axtaranlar üçün idealdır. Daha ətraflı

Astarada bulvar gəzintisi
Milli Parklar

Astarada bulvar gəzintisi

Şəhərin mərkəzində yerləşən Astara bulvarı paytaxt Bakımızın dənizkənarı bulvarından heç də geri qalmır. Astaralıların özündən tutmuş şəhər qonaqlarına qədər minlərlə insanın axışıb gəldiyi bu bulvar qeyri-adi ahəngi ilə valeh edir. Daha ətraflı

Qafqazın ən böyük parkında gəzinti və əyləncə
Milli Parklar

Qafqazın ən böyük parkında gəzinti və əyləncə

Müasir Gəncənin simvollarından birinə çevrilən Heydər Əliyev Park-Kompleski aktiv istirahətdən tutmuş sadəcə yaşıllıqlar arasında gəzintiyə qədər müxtəlif fəaliyyət növlərini bir yerdə yaşayacağınız unikal məkandır. Daha ətraflı

Gəncəçay park-bulvar kompleksi
Milli Parklar

Gəncəçay park-bulvar kompleksi

O, bəşəriyyətin dünya ədəbiyyatında özünəməxsus yeri olan, dəyərli əsərləri bir müdriklik xəzinəsi hesab edilən dünya görkəmli mütəfəkkirdir. Nizami Gəncəvinin zəngin yaradacılıq dünyası ilə onun Gəncədə yerləşən məqbərə kompleksində tanış ola bilərsiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun