Lənkərandamilli parklara səfər
Bir tərəfi mavi Xəzərlə, digər tərəfi isə yaşıl Talış dağları ilə əhatə olunan Lənkəran Azərbaycanın ən gözəl iki milli parkının arasında yerləşir. Xəzər dənizinin sahilində salınmış şəhərin şimalındakı Qızılağac Milli Parkının su-bataqlıq ərazisində bir çox su-bataqlıq quşları məskunlaşıb. Hər il qışda Afrikadan uçub, buraya gələn çəhrayı flaminqoların da sayı az deyil. Hirkan Milli Parkı Lənkəran və Astara rayonlarını əhatə edir. Lənkəran meşələrində dünyanın heç bir yerində təsadüf olunmayan bir çox ağac növləri, eləcə də sonuncu Buz dövründən qalan qədim dəmirağac bitir. Həmin ərazilərdə nəsli kəsilməkdə olan Qafqaz bəbirləri də yaşayır. Lənkəran boyunca çox sayda haykinq turlar təklif olunur. Hirkan Milli Parkı ərazisində , Xanbulan gölünün ətrafında, həmçinin atla gəzinti, kempinq kimi fəaliyyətlərlə məşğul olmaq və piknik etmək mümkündür. Buradakı marşrutlar illərdir öz unikallığını qoruyan kəndlərdən keçir. Yol boyunca nahar və çay fasilələri daxil olmaqla gözəl mənzərələrdən zövq alacaqsınız.