Astaranın mirvarisi Sım kəndinə səyahət

Lənkərandan qısa məsafədə yerləşən Sım kəndinə haykinq turlara qoşula bilərsiniz. Hirkan Milli Parkı ərazisində yerləşən kənddəki meşələr və əsrarəngiz şəlalə Talış dağlarının təbii gözəlliyini sizə təqdim edəcək.

Sım kəndinəhaykinq turlar

Astaranın mirvarisiSım kəndinə səyahət

Talış dağlarının əsrarəngiz təbiətə malik olması heç kim üçün sirr deyil. Astaranın Sım kəndi də Talış dağlarının qoynunda yerləşir. Qədim İpək Yolu üzrərində yerləşən və meqalit sal daşlarla əhatə olunan kəndin adı talış dilində “qayalıqda yerləşən kənd” mənasındadır.

Bu kəndin toxunulmamış təbiəti boyunca minilliklərlə yaşı olan ağaclar, qayalıqlar və tarixi tikililərinin qalıqları arasından keçərək özünüzü yeni yerlər kəşf edən səyyah kimi hiss edəcəksiniz. Qonaqpərvər yerli insanların üzündəki təbəssüm qəlbinizdə xoş izlər buraxacaq. Kəndin əhalisi daha çox arıçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olur.

Sım kəndinin özünəməxsus və çox fərqli atmosferi var. Bu da kənddə evlərin arasında və ətrafında yerləşən iri qoca ağaclar və hündür, mamırlı qayalarla əlaqədardır. Buranın nağıllardakı kimi qəribə sehirli havası var. Kəndin sonuna qədər getsəniz, təəccüblənməyə hazır olun. Burada sizi Sım şəlaləsi gözləyir. Şəlalənin ətrafında piknik edə və ya samovar çayına qonaq ola bilərsiniz. Şəlaləyə getmək üçün isə yerli əhalinin təşkil etdiyi UAZ və Niva markalı avtomobillər yardımçınız olacaq. Keçilməz və dar yollar, cığırlar sizə əsl macəra hissini yaşadacaq. Kəndin mərkəzində olan bu şəlalədən əlavə yaxın ərazilərdə daha iki şəlalə vardır.

Bundan əlavə, Sım kəndi yolu üzərində yerləşən su anbarında (Ojakəran kəndi) mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndinə gedən yolun üzərində yerləşən qədim Ağ Körpü maraqlı məkanlardan biridir. Burada çayın ortasında əyləşərək yerli Astara çayının dadına baxmaq və təbiətdən həzz almaq olar.

Yolboyu naringi bağları sizdə xoş təəssürat yaradacaq və mövsüm zamanı səfər etsəniz, buradakı bağlarda yetişən orqanik meyvələrdən də ala bilərsiniz. Bundan əlavə, maşını saxlayaraq dağın başından Xəzər dənizinə açılan nəfəskəsici mənzərəni izləmək də burada “mütləq edilməli”lər siyahısındadır.

Ətraflı məlumat üçün:

Lənkəran Regional Turizm İdarəsi

lankaran@tourism.gov.az

+99425 254 03 77

+99450 531 69 96

Astaranın mirvarisi | Sım kəndinə səyahət
QALEREYA

Qayıdarkən təbii bal və yerli Astara çayından almağı da unutmayın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
11.9°C
Orta:
11.9 – 16.2°C / 53.4–61.2°F

Temperaturu hiss et

Hazırda:
7.7°C
Orta:
8.2 – 15.7°C / 46.8–60.3°F

Külək

Hazırda:
  • Buludlu; günortadan sonra küləkli sərin
  • Cənub
  • sürət 18.5 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Lənkərandadigər fəaliyyət növləri

Lənkəranlı Nənələr qrupu və talış folkloru
Lənkəranlı Nənələr qrupu və talış folkloru
Musiqi

Lənkəranlı Nənələr qrupu və talış folkloru

Cənub zonasının multikultural mədəniyyəti, adət-ənənələri və folkloru bu gün də yaşadılır. Məhz Lənkəranlı “Nənələr” folklor... Daha ətraflı

Masallının şəfalı vannaları
Masallının şəfalı vannaları
Sağlamlıq və rekreasiya

Masallının şəfalı vannaları

Düzdür, Masallı cənub zonasına füsunkar təbiəti ilə yaraşıq, xüsusi görkəm verir. Lakin onun sağlamlıq və... Daha ətraflı

Astarada bulvar gəzintisi
Astarada bulvar gəzintisi
Milli Parklar

Astarada bulvar gəzintisi

Şəhərin mərkəzində yerləşən Astara bulvarı paytaxt Bakımızın dənizkənarı bulvarından heç də geri qalmır. Astaralıların özündən... Daha ətraflı

Talış dağlarında nadir quşlara tamaşa
Talış dağlarında nadir quşlara tamaşa
Ornitoloji turizm

Talış dağlarında nadir quşlara tamaşa

Ölkəmizdə unikal quş növlərini görmək üçün quş müşahidəçilərinin üz tutduqları yerlərdən biri də Talış dağlarıdır.... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Lənkəran
Lənkəran

Lənkəran

Əgər təbiətdə dincəlməyi sevirsinizsə, Xəzər dənizi və yamyaşıl Talış dağları arasında yerləşən və nadir təbiəti ilə seçilən Lənkərana səfər edin. Daha ətraflı

Cənub marşrutu
Cənub marşrutu

Cənub marşrutu

Azərbaycan təbiətinin müxtəlifliyini həqiqətən duymaq üçün cənuba, alovlanan bulaqlar, təbii ehtiyatlar və əzəmətli Talış dağlarının yurdu Lənkəran, Lerik və Astaraya üz tutmalısınız. Buranın yerli mətbəxi də möhtəşəmdir – balıq ləvəngisi, yaxud parça-döşəmə plovu dadmadan və Azərbaycanın təzə toplanmış çaylarından bir qurtum içmədən buranı tərk etməyin. Daha ətraflı

xəritədə bax

xəbər bülletenimizə abunə olun