dağlar qoynundaunudulmaz sərgüzəştlər
Lerikin dağlıq meşələri mistik və sirli cazibəsi ilə görənləri feyziyab edir. Burada əsrlərin tarixini özündə yaşadan ağaclara toxunduqca özünüzü daha gümrah hiss edəcəyinizə əmin olun. Talış dağlarında gəzintiyə çıxmaq üçün Lerik münasib coğrafi quruluşa malikdir. Burada salınmış cığırlarla irəliləyərək möhtəşəm mənzərələrə şahidlik edəcəksiniz. İki gün boyunca sanki təbiətin bir parçası olursan – kempinq edib çadırda gecələyirsən, axşam isə tonqal ətrafında toplaşıb ulduzlu səmanı seyrə dalırsan. Yekunda isə sizi Qələbin şəlalələri qarşılayacaq. Davaradibi çayının 20-30 metrlik sərt qayalıqlardan tökülərək yaratdığı Yuxarı və Aşağı Qələbin şəlalələri unudulmaz təəssüratlar yaradacaq.
Qeydiyyat və ətraflı məlumat üçün:
“Mountain Host” turizm şirkəti
[email protected]
+99455 896 3767