Şahdağdaaktiv istirahət
Şahdağ Turizm Mərkəzi dedikdə ağlınıza ilk olaraq xizəksürmə gəldisə, təəccüblənməyə hazır olun. Bu gözəl dağ kurortu yay mövsümündə də qonaqların xidmətindədir. Şahdağa ailəlikcə gəlib həm əylənmək, həm də dincəlmək olar. Övladlarınız macəra parkında və su mərkəzində doyunca oynayarkən siz də trekinq edə, kvadrosikl sürə, at çapa və ya ziplaynda əsl adrenalin yaşaya bilərsiniz. Birlikdə seqvey sürməyə, Şahdağ Milli Parkına yürüş etməyə, yaxud kiçik komandalara bölünüb peyntbol oynamağa hazırsınız? Əgər siz də aktiv istirahət edib tətilinizdən unudulmaz xatirələrin yaddaşlarda qalmağını istəyirsinizsə, yay mövsümündə Şahdağa yollana bilərsiniz.
Ətraflı məlumat üçün:
Şahdağ Turizm Mərkəzi
shahdag.az