Qafqaz dağlarındaqolf
"Azərbaycan" dedikdə, turistlərin düşündüyü ilk şey, əlbəttə, qolf deyil. Amma Azərbaycanda iki möhtəşəm qolf klubu fəaliyyət göstərir. Bakıdakı "Dreamland Qolf Klubu"nda da istənilən səviyyəli oyunçular üçün 330 hektarlıq yamyaşıl sahədə mükəmməl şərait yaradılıb. Bundan başqa, yeni meydançalar axtaran qolfçular Qafqaz dağlarının ətəklərində yerləşən Qubadakı Milli Qolf Klubuna yollana bilərlər. Bu klub Azərbaycanda açılan ilk qolf meydançası olmuş, 2014-cü ildə ölkənin "Azerbaijan Challenge Open" adlı ilk peşəkar turnirinə ev sahibliyi etmişdir. Bu məkanda xüsusi geyinib-soyunma otaqları ilə yanaşı, hər bir qolfçunun ehtiyac duyduğu avadanlıqları almaq üçün mağaza və dadlı təamların təklif olunduğu restoranlar yerləşir. Göz oxşayan Qafqaz təbiəti və dağ mənzərələri burada keçirilən oyunları unudulmaz xatirəyə çevirir.
golfazerbaijan.az veb-saytına keçid