Şahdağın qoynundasürət həyəcanı
Qışda qarla örtülən, yayda isə yaşıllığa qərq olan dağ mənzərələri ilə əhatələnmiş Şahdağ Turizm Mərkəzi 2012-ci ildə Azərbaycanın ilk xizək kurortu kimi fəaliyyətə başlayıb. Burada bütün fəsillərdə sınaqdan keçirə biləcəyiniz fəaliyyətlərdən biri Qafqazda yeganə dağ atraksionu olan, “dağ kosteri” kimi də tanınan “Shahdag Coaster” attraksionudur. Uzunluğu 1670 m olub, dəniz səviyyəsindən 1430 m yüksəklikdə yerləşən attraksionun eniş sürəti 42 km/saat, yoxuş sürəti isə 9 km/saat təşkil edir. Eniş zamanı iki əyri və doqquz dolanbac zolaq adrenalin həvəskarlarına həyəcanlı anlar yaşadır. Attraksionda quraşdırılmış 50 kirşə bir saat ərzində 300-350 nəfərin istifadə etməsinə imkan yaradır.
Attraksiondan istifadə üçün biletləri “Şahdağ Hotel və SPA” və “Zirvə” hotellərinin ərazisində yerləşən satış məntəqələrindən əldə edə bilərsiniz. 3 yaşdan yuxarı uşaqların girişinə icazə verilən attraksiondan istifadə etməmişdən əvvəl əməkdaşlar sizi təhlükəsizlik təlimatı ilə tanış edəcəklər.
Ətraflı məlumat üçün:
Şahdağ Turizm Mərkəzi
shahdag.az
Tel.: 1100