Şahdağın yamaclarındagəzinti həzzi
Qar ayaqqabısı ilə gəzinti həm xizəksürmə bacarıqları zəif olanların, həm də peşəkarların sevimli fəaliyyət növlərindəndir. Qar ayaqqabısı ilə gəzinti aktiv fəaliyyət növü olsa da, bu məşğuliyyət sizə bəzən ayaq saxlayıb bəmbəyaz gözəlliyə bürünən ətrafı seyr etmək imkanı da verəcək. Qarda gəzinti zamanı xüsusi qar ayaqqabısı sayəsində asanlıqla yoxuşlardan qalxıb təpələrdən enəcək, gəzinti çubuqlarından istifadə, yıxılan zaman necə qalxmaq və uçqunlardan qorunmaq qaydalarını öyrənəcəksiniz. Gəzinti üçün lazım olan ləvazimatları – qar ayaqqabısı, müvafiq geyimlər və gəzinti çubuqlarını isə Şahdağ Turizm Mərkəzindəki mağazadan icarəyə götürə bilərsiniz. Yeni başlayanlar təlimçilərin tövsiyə və təlimatlarından faydalana bilərlər. Mərkəzin ərazisində uşaqlarla birlikdə qartopu, qar üstündə “X və O” oyunu, buz boulinqi kimi əyləncəli yarışlarda iştirak edərək ailəvi istirahət anlarından zövq alacaqsınız.
Ətraflı məlumat üçün:
Tel.: +99477 450 07 04; +99477 450 02 21