Kişin mərkəzindəgizli qalereya
Burada fotoqrafın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərə baxmaq mümkündür. Ənənəvi qalereyalardan fərqli olaraq YER ayrıca sərgi salonu deyil — fotoqrafiyanın gündəlik həyatla, evlə və ətrafdakı mənzərə ilə iç-içə olduğu bir məkandır.
Qalereyanın adı da təsadüfi seçilməyib. YER sözü həm torpağı, həm məkanı, həm də olduğumuz bir nöqtəni ifadə edir. Bu məna Sənan Ələskərovun yaradıcılığında da öz əksini tapır: onun fotoşəkillərində məkan, yaddaş və şəxsi baxış ön plana çıxır.
Sənan Ələskərovun yaradıcılığı Kişlə məhdudlaşmır. Fotoqraf 12 ölkədə keçirilən 50-dən çox beynəlxalq sərgidə iştirak edib, Azərbaycanla yanaşı Gürcüstan, Fransa, Böyük Britaniya və Qazaxıstanda fərdi sərgilər keçirib. Əsərləri Böyük Britaniyadakı “Photographic Library”, Bakı İncəsənət Mərkəzi, Müasir İncəsənət Mərkəzi, Sarayevodakı “Ars Aevi” müasir incəsənət muzeyində və müxtəlif ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
2012-ci ildə Sənan Ələskərov Heydər Əliyev Fondunun təşkil etdiyi “Bakıya uçuş” incəsənət layihəsində iştirak edib. Layihə London, Paris, Berlin, Moskva və Romada təqdim olunub. Fotoqrafın əsərləri 2007 və 2013-cü illərdə Venesiya Biennalesində Azərbaycan pavilyonunda da nümayiş etdirilib.
Kişə gedərkən YER-ə baş çəkmək kəndin fərqli tərəfi ilə tanış olmaq üçün unikal bir fürsətdir.
Əlavə məlumat üçün:
İş vaxtı: B. e. – C., 09:00 – 19:00
Tel.: +994 50 310 06 30



























