tarixdən gələnənənəvi hamam təcrübəsi
Şəki şəhər hamamları arasında “Abdulxaliq” hamamı xüsusi yerə malikdir. Tarixi kökləri XVIII əsrin sonlarına və XIX əsrin əvvəllərinə dayanan hamamın tikilməsi və bu cür adlandırılması Abdulxaliq adlı bir bərbərin adı ilə bağlıdır. Rəvayətə görə, hamamın tikintisi yerli məhəllənin hamama olan ehtiyacından qaynaqlanıb və Abdulxaliq adlı həmin bərbər də məhəllədə yaşayan qadın sakinlərin uzaq yol qət etməməsi və rahatlığı üçün könüllü olaraq bu hamamı inşa etdirib. Onun xatirəsi binanın fasadındakı lövhədə əbədiləşdirilib: lövhədə bərbərin iş alətləri - ülgüc və qayçı, həmçinin Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun" operettasının baş qəhrəmanı “Məşədi İbad” personajı təsvir olunub.
Hamam həftənin III, V və VII günləri kişilər üçün, IV və VI günləri qadınlar üçün fəaliyyət göstərir. “Abdulxaliq” hamamında təklif olunan kisələmə və masaj kimi qədim hamam ənənələrindən yararlandıqdan sonra ruhən canlanmış hiss edəcək və dərinizin təravətindən zövq alacaqsınız.
Əlavə məlumat üçün:
Ünvan: M. Ə. Rəsulzadə prospekti, 274
Tel.: +99455 589 01 00
İş qrafiki: 08:00-22:00