Şəbəkə emalatxanasınabaş çək
Şəki Xan sarayından cəmi bir neçə addımlıq məsafədə, tarixi qala ərazisində yerləşən bu emalatxanada Şəkinin ən tanınmış sənət nümunələrindən birinin necə ərsəyə gəldiyini yaxından izləmək mümkündür. Burada ustalar nəsildən-nəslə ötürülən ənənəvi sənətkarlıq üsulları ilə şəbəkə hazırlayırlar.
Emalatxanada qədim şəbəkə nümunələri, sənətin tarixini əks etdirən eksponatlar və yerli ustaların müasir əsərləri nümayiş olunur. Ziyarətçilər şəbəkənin hazırlanmasının bütün mərhələlərini izləyə, bu qədim sənət haqqında daha ətraflı məlumat əldə edə, həmçinin master-klaslarda iştirak edərək özləri də bu incə sənəti sınaya bilərlər.
XIX əsrə aid tarixi binada fəaliyyət göstərən bu emalatxanada qədim sənətkarlıq ənənələri təkcə qorunub saxlanılmır, həm də yeni nəsil ustalara ötürülür. Bura Şəkinin zəngin mədəni irsini yaxından tanımaq, əsrlərdir yaşadılan şəbəkə sənətini isə onun yarandığı mühitdə kəşf etmək üçün nadir ünvanlardan biridir.


























