dolma bükmək üzrəmaster-klaslar
Şəki şəhərinin mərkəzində yerləşən VIP Karvan Restoranında yerli mətbəxin müxtəlif təamlarından dadmaqla yanaşı, dopu dolmasının hazırlanması master-klasına da qoşula bilərsiniz. Bunun üçün əvvəlcədən rezervasiya etmək və qonaqların sayını dəqiqləşdirmək lazımdır.
UNESCO irsi kimi siyahıya alınmış dolma adətən üzüm yarpaqlarından hazırlanır və onun tərkibi bölgələrə görə dəyişir. Əsasən içərisində ət, düyü və göyərti olur. Şəkidə hazırlanan xüsusi dolma növü “dopu” adlanan saxsı gil qablarda bişirilir.
Master-klaslar xüsusi bələdçilər və Şəki Regional Turizm İdarəsi tərəfindən keçirilir.
Əlavə məlumat üçün:
Tel.: +994 50 607 55 54