Qafqaz Albaniyasınınqədim irsi ilə tanışlıq
Eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş qədim dövlətin – Qafqaz Albaniyasının ən möhtəşəm abidələrindən birini görmək üçün Şəkidən beş kilometr məsafədə yerləşən mənzərəli Kiş kəndinə baş çəkin. Nəfis üslubda inşa edilmiş alban kilsəsinin tarixi eramızın I əsrinə gedib çıxır. Amma arxeoloqlar bu yerdə daha qədim tarixi abidənin eramızdan 3 min il əvvələ aid olduğuna dair sübutlar əldə etmişlər. Kilsə hazırda Qafqaz Albaniyası muzeyi kimi fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində Azərbaycan və Norveç arxeoloqları tərəfindən burada birgə qazıntı işləri aparılmışdır. Bu zaman aşkar edilmiş tunc dövrünə aid saxsı qabların qalıqları muzeydə sərgilənir. Həmçinin içərisində boyu iki metrə çatan skeletlərin olduğu qəbirləri şüşə qoruyucu arxasında müşahidə etmək olar.