Kiş – Baş Göynük marşrutu üzrə haykinq

Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, cığırlar hər yerdə aydın sezilir və tam işarələnib.

Kiş – Baş Göynük marşrutuüzrə haykinq

Kiş Baş – Göynük marşrutu

Qafqazda və ümumilikdə bütün xristian dünyasında ən qədim kilsələrdən hesab olunan Kiş məbədi füsunkar Kiş kəndində yerləşir. Baş Göynük kəndinə gedən bu marşrut boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin ruha dinclik bəxş edən mənzərələrindən zövq alacaqsınız. Araşdırmalara görə, Şəkinin Göynük kəndi XVI əsrin sonunda salınıb və burada Osmanlı ərazisindən köçürülmüş türklər məskunlaşıb. XIX əsrin əvvəllərində əhalinin bir qismi düzəngah ərazilərə köç etdiyi üçün kənd Baş və Aşağı Göynük olaraq bölünür. 

Xəritəni yükləyin

MƏSAFƏ: 14,6 KM

YOXUŞ: 1200 M

ENİŞ: 1100 M

MAKS. HÜNDÜRLÜK: 2050 M

MİN. HÜNDÜRLÜK: 950 M

MÜDDƏT: 7 SAAT 50 DƏQ

 

Baş Göynük kəndinə yürüş uzunluğu, sərt eniş və yoxuşlarına görə fiziki cəhətdən yorucu hesab olunur. Başlanğıc nöqtəsindən nişanları izləyərək məhəllərin arası ilə davam edin. 400 m irəlidə cığır başlayır. Meşə ilə qalxan dik dolayı cığır 2 km irəlidə hər iki tərəfi meşə ilə örtülü dərələr olan açıqlığa çıxaraq davam edir. Daha 2 km irəlidə isə meşə zolağından yuxarı qalxaraq heyrətamiz mənzərəli dağa çıxır. 

Dağın başında 600 m irəliləyib hamar düzənliyə çatırsınız, ən sonda sağa ayrılan cığırla davam edirsiniz. Dolayı cığır 500 m irəlidə meşə zolağına düşür və meşənin içi ilə davam edir. Sol yamac ilə dik cığır boyu yoxuş üzrə gedirsiniz. 1 km irəlidə açıqlığa çıxan cığır az enişlə 700 m davam etdikdən sonra dağın sağ yamacına keçərək, bir az sonra sağa aşağı düşən daha enli və dik cığırla enməyə başlayır. 700 m irəlidə dərəyə çatan cığır sola dönərək dərə ilə aşağı davam edir. Az irəlidə çoban alaçığına çatdıqda cığır meşə yoluna çıxır. Təqribən 6 km-dən sonra çayı keçib kəndə daxil olursunuz.

Bu marşrutu Baş Göynükdən əks istiqamətdə getmək daha çox tövsiyə olunur.


Ətraf cığırlar


Baş Göynük kəndindən Qumux kəndinə maşınla və ya piyada hərəkət edərək (7 km) Qumux – Qaşqaçay, daha sonra isə Qaşqaçay – İlisu marşrutlarını gedə bilərsiniz. Hər iki marşrut nişanlanıb. Bu üç marşrutu birləşdirərək Şəki şəhəri yaxınlığından Qax şəhəri yaxınlığına kimi dağlarla hərəkət etmək olar.


İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və kifayət qədər təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər ikigünlük trekkinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur.  
 
Mövsüm

May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.

Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb olunacaq. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür. 

 

Qida və gecələmə

Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini xəritədə tapa bilərsiniz.


Su


Marşrut boyunca yalnız bir yerdə bulaq var, o da Baş Göynük dərəsinin sonunda çoban alaçığının yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur. 

 

Nəqliyyat


Şəki şəhərindən Kiş kəndinə 15 və 25 nömrəli kiçik tutumlu marşrut avtobusları fəaliyyət göstərir (0,40 AZN). Kişə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 3-5 AZN-ə).

İcazələr və xüsusi mühafizə edilən ərazilər


Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır. 

Qalereya

Kiş – Baş Göynük marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
21.2°C
Orta:
11.8 – 15.8°C / 53.2–60.4°F

Temperaturu hiss et

Hazırda:
19.2°C
Orta:
8.7 – 12.8°C / 47.7–55.0°F

Külək

Hazırda:
  • Qismən günəşli və küləkli sərin
  • Cənub-Cənub-Qərb
  • sürət 24.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Şəkidədigər fəaliyyət növləri

şərab və mədəni irs Az Abrau Muzeyi
şərab və mədəni irs Az Abrau Muzeyi
Qida, içki və gecə həyatı

şərab və mədəni irs Az Abrau Muzeyi

Az Abrau Muzeyi təkcə qədim tarixi ilə deyil, həm də gözəl şərabları ilə məşhur olan... Daha ətraflı

Şəkidə  aqroturizm təcrübəsi
Şəkidə aqroturizm təcrübəsi
Ailəvi istirahət

Şəkidə aqroturizm təcrübəsi

Şəki elə bir diyardır ki, orada hər kəs öz maraq dairəsinə uyğun fəaliyyətlər tapa bilər.... Daha ətraflı

Nəsillərin yadigarı  Şəki ipəkçilik diyarı
Nəsillərin yadigarı Şəki ipəkçilik diyarı
İncəsənət, mədəniyyət, irs

Nəsillərin yadigarı Şəki ipəkçilik diyarı

Böyük Qafqaz dağlarının qoynunda məskən salan qədim ipəkçilik diyarı Şəki şəhərinə səyahət edərkən çoxəsrlik el... Daha ətraflı

Şəki xanlarının mirası Xan məscidi
Şəki xanlarının mirası Xan məscidi
Tarix və diyarşünaslıq muzeyləri

Şəki xanlarının mirası Xan məscidi

Şəki Xan məscidi kompleksi Xan Sarayından sonra görülməli olan mühüm tarixi məkanlardan biridir. Şəki xanlığının... Daha ətraflı

Şəkinin Kiş adası
Şəkinin Kiş adası
Ailəvi istirahət

Şəkinin Kiş adası

Şəkinin “Kiş adası” istirahət mərkəzi dağlar qoynunda eyni vaxtda həm istirahət etmək, həm də atsürmə... Daha ətraflı

Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Şəki

Tarixdən gələn ənənəvi hamam təcrübəsi

Bir vaxtlar Böyük İpək Yolunun üzərində yerləşən Şəki nəinki ipəkçilik diyarı olması ilə məşhurdur, həm... Daha ətraflı

Şəki dağlarına at belində səyahət
Şəki dağlarına at belində səyahət
Ailəvi istirahət

Şəki dağlarına at belində səyahət

Şəki özünün ecazkar təbiəti, zəngin tarixi abidələri və möhtəşəm memarlıq nümunələri ilə həmişə cəlbedici olub.... Daha ətraflı

Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Baş Göynük – Kiş marşrutu üzrə haykinq

Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzun və fiziki cəhətdən... Daha ətraflı

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq

Qumuxdan Qaşqaçaya gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Şəki Xan Sarayında ekskursiya
Şəki Xan Sarayında ekskursiya
YUNESKO-nun dünya irsi

Şəki Xan Sarayında ekskursiya

Şəki Xan sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Bu incə və möcüzəli tikilini görmədən Şəkini tərk... Daha ətraflı

Dolma bükmək üzrə master-klaslar
Dolma bükmək üzrə master-klaslar
Kulinariya master-klasları

Dolma bükmək üzrə master-klaslar

Milli mətbəximizin ən dadlı təamlarından biri, əlbəttə, dolmadır. Dolmanın onlarla növündən biri dopuda bişir. Şəkidə... Daha ətraflı

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq

Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq... Daha ətraflı

Sənətkarlıq emalatxanaları və əl işləri
Sənətkarlıq emalatxanaları və əl işləri
Mədəni istirahət

Sənətkarlıq emalatxanaları və əl işləri

Şəki şəhərində yerli sənətkarlıq dükanlarına baş çəksəniz, orijinal sənətkarlıq nümunələrindən ibarət bu aləmdən zövq alacaqsınız.... Daha ətraflı

Qədim Şəkidə tarixi gəzinti
Qədim Şəkidə tarixi gəzinti
İncəsənət, mədəniyyət, irs

Qədim Şəkidə tarixi gəzinti

UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış Şəki şəhərinin tarixi mərkəzi hər kəs üçün xoş istirahət və... Daha ətraflı

Halva hazırlanması üzrə master-klaslar
Halva hazırlanması üzrə master-klaslar
Kulinariya master-klasları

Halva hazırlanması üzrə master-klaslar

Şirniyyat həvəskarları Şəki halvası, bamiyə və digər yerli təamların dadından xəbərdardırlar. Şəkiyə səfər edərkən, özünüzü... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şəki
Şəki

Şəki

Şəki – qədim İpək Yolu üzərində yerləşən və heyrətamiz memarlığı, ləzzətli yeməkləri və mehriban insanları ilə tanınan əsl şərq şəhəridir. Şəki bu gün də sanki orta əsrlərə xas cazibəsini qoruyur. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun