Qumux – Qaşqaçay marşrutu üzrə haykinq

Qumuxdan Qaşqaçaya gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun seçimdir. 

Qumux – Qaşqaçay marşrutuüzrə haykinq

Qumux – Qaşqaçay marşrutu

Qumux kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Belə ki, sonuncu arxeoloji qazıntılar zamanı hələ qədim zamanlardan burada yaşayışın olduğu təsbit olunub. Qaşqaçaya gedən bu marşrut üzərindəki aşırımdan açıqlığa çıxdıqda ətraf dağlara və dərələrə geniş mənzərə açılır. Cığırlar hər yerdə aydın seçilir və tam nişanlanıb. 

Xəritəni yükləyin

MƏSAFƏ: 5,5 KM 

YOXUŞ: 200 M

ENİŞ: 300 M

MAKS. HÜNDÜRLÜK: 1250 M

MİN. HÜNDÜRLÜK: 1020 M

MÜDDƏT: 2 SAAT 10 DƏQ

 

Başlanğıc nöqtəsindən nişanları izləyərək cığırla davam edin. Təqribən 1 km irəlidə cığır meşəyə girərək dik yoxuşu qalxmağa başlayır. Meşənin içi ilə irəlilədikcə cığırı kol-kos basmağa başlasa da, yürüş üçün yetərincə yer qalır. Təqribən 2 km irəlidə cığır açıqlığa çıxaraq bir az irəlidə aşırıma çatır. Aşırımdan sağa və aşağı düşən cığır 1,5 km irəlidə Qaşqaçay kəndinə çatır. Kəndin əsas yoluna çıxmaq üçün nişanları izləyərək davam edin. Əsas yola çıxdıqdan sonra İlisuya gedən nişanları izləyərək bir az irəlidə bu marşrutun məlumat lövhəsi ilə tanış ola bilərsiniz. 
Bu marşrutu digər marşrutlarla əlaqələndirmək istəyirsinizsə, əks istiqamətdə, yəni Qaşqaçay kəndindən başlayaraq getmək daha məsləhətlidir. Hər iki istiqamət arasında nəzərəçarpacaq vaxt və ya çətinlik fərqi yoxdur. 
 
Ətraf cığırlar 
Bu marşrutu bu istiqamətdə getməyi planlaşdıranlar öncə Kiş – Baş Göynük marşrutu ilə, Qaşqaçay kəndinə çatdıqdan sonra isə Qaşqaçay – İlisu marşrutu ilə davam edə bilərlər. 
İlisudan sonra isə dağlıq ərazilər əsasən İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə və sərhəd nəzarət zolağına düşür. Yerli bələdçiniz olarsa və ya dəqiq işlənmiş xəritəniz və kifayət qədər təcrübəniz varsa, İlisudan Qum və ya Ləkit Kötüklü kəndinə qədər ikigünlük trekinq planlaya bilərsiniz. Bu istiqaməti ancaq yayda getmək və çadır hazırlığı görmək tövsiyə olunur. 
 
Mövsüm 
May–sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar olsa da, bu marşrutu il boyunca rahatlıqla keçmək olar. Yağıntılı günlərdən sonra cığırlar palçıqlı olur. İl boyunca marşrut üzərində çoban alaçıqları olmur.  

 
Qida və gecələmə 
Hər iki kənddə kiçik dükanlar və kafelər fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz. 

 
Su 
Marşrut üzərində su mənbəyi olmasa da, qısa və rahat olduğu üçün su ehiyatına görə narahat olmağa dəyməz. Yürüşdən kənar çox vaxt keçirmədikdə 1 l su ehtiyatı kifayətdir.  
 
Nəqliyyat 
Şəki şəhər bazarından Baş Layısqı istiqamətində kiçik tutumlu marşrut avtobusları (1 AZN) fəaliyyət göstərir. Qumux kəndi Baş Layısqının yuxarı hissəsində yerləşir. Qumuxa taksi ilə də (*0066 və *5577 taksi xidmətləri ilə 6-8 AZN-ə) getmək mümkündür. 
 
İcazələr və xüsusi mühafizə edilən ərazilər 
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və marşrut boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. 

Qalereya

Qumux – Qaşqaçay marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
7.5°C
Orta:
5.9 – 12.2°C / 42.6–54.0°F

Temperaturu hiss et

Hazırda:
3.1°C
Orta:
2 – 10.8°C / 35.6–51.4°F

Külək

Hazırda:
  • Laylı buludlar
  • Cənub-Qərb
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Yerləşdirməvə qida

Göstər:

Şəkidədigər fəaliyyət növləri

şərab və mədəni irs Az Abrau Muzeyi
şərab və mədəni irs Az Abrau Muzeyi
Qida, içki və gecə həyatı

şərab və mədəni irs Az Abrau Muzeyi

Az Abrau Muzeyi təkcə qədim tarixi ilə deyil, həm də gözəl şərabları ilə məşhur olan... Daha ətraflı

Şəkidə  aqroturizm təcrübəsi
Şəkidə aqroturizm təcrübəsi
Ailəvi istirahət

Şəkidə aqroturizm təcrübəsi

Şəki elə bir diyardır ki, orada hər kəs öz maraq dairəsinə uyğun fəaliyyətlər tapa bilər.... Daha ətraflı

Nəsillərin yadigarı  Şəki ipəkçilik diyarı
Nəsillərin yadigarı Şəki ipəkçilik diyarı
İncəsənət, mədəniyyət, irs

Nəsillərin yadigarı Şəki ipəkçilik diyarı

Böyük Qafqaz dağlarının qoynunda məskən salan qədim ipəkçilik diyarı Şəki şəhərinə səyahət edərkən çoxəsrlik el... Daha ətraflı

Şəki xanlarının mirası Xan məscidi
Şəki xanlarının mirası Xan məscidi
Tarix və diyarşünaslıq muzeyləri

Şəki xanlarının mirası Xan məscidi

Şəki Xan məscidi kompleksi Xan Sarayından sonra görülməli olan mühüm tarixi məkanlardan biridir. Şəki xanlığının... Daha ətraflı

Şəkinin Kiş adası
Şəkinin Kiş adası
Ailəvi istirahət

Şəkinin Kiş adası

Şəkinin “Kiş adası” istirahət mərkəzi dağlar qoynunda eyni vaxtda həm istirahət etmək, həm də atsürmə... Daha ətraflı

Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Tarixdən gələn ənənəvi hamam təcrübəsi
Şəki

Tarixdən gələn ənənəvi hamam təcrübəsi

Bir vaxtlar Böyük İpək Yolunun üzərində yerləşən Şəki nəinki ipəkçilik diyarı olması ilə məşhurdur, həm... Daha ətraflı

Şəki dağlarına at belində səyahət
Şəki dağlarına at belində səyahət
Ailəvi istirahət

Şəki dağlarına at belində səyahət

Şəki özünün ecazkar təbiəti, zəngin tarixi abidələri və möhtəşəm memarlıq nümunələri ilə həmişə cəlbedici olub.... Daha ətraflı

Kiş – Baş Göynük marşrutu üzrə haykinq
Kiş – Baş Göynük marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Kiş – Baş Göynük marşrutu üzrə haykinq

Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, cığırlar hər yerdə... Daha ətraflı

Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Baş Göynük – Kiş marşrutu üzrə haykinq

Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzun və fiziki cəhətdən... Daha ətraflı

Şəki Xan Sarayında ekskursiya
Şəki Xan Sarayında ekskursiya
YUNESKO-nun dünya irsi

Şəki Xan Sarayında ekskursiya

Şəki Xan sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Bu incə və möcüzəli tikilini görmədən Şəkini tərk... Daha ətraflı

Dolma bükmək üzrə master-klaslar
Dolma bükmək üzrə master-klaslar
Kulinariya master-klasları

Dolma bükmək üzrə master-klaslar

Milli mətbəximizin ən dadlı təamlarından biri, əlbəttə, dolmadır. Dolmanın onlarla növündən biri dopuda bişir. Şəkidə... Daha ətraflı

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq

Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq... Daha ətraflı

Sənətkarlıq emalatxanaları və əl işləri
Sənətkarlıq emalatxanaları və əl işləri
Mədəni istirahət

Sənətkarlıq emalatxanaları və əl işləri

Şəki şəhərində yerli sənətkarlıq dükanlarına baş çəksəniz, orijinal sənətkarlıq nümunələrindən ibarət bu aləmdən zövq alacaqsınız.... Daha ətraflı

Qədim Şəkidə tarixi gəzinti
Qədim Şəkidə tarixi gəzinti
İncəsənət, mədəniyyət, irs

Qədim Şəkidə tarixi gəzinti

UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış Şəki şəhərinin tarixi mərkəzi hər kəs üçün xoş istirahət və... Daha ətraflı

Halva hazırlanması üzrə master-klaslar
Halva hazırlanması üzrə master-klaslar
Kulinariya master-klasları

Halva hazırlanması üzrə master-klaslar

Şirniyyat həvəskarları Şəki halvası, bamiyə və digər yerli təamların dadından xəbərdardırlar. Şəkiyə səfər edərkən, özünüzü... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şəki
Şəki

Şəki

Şəki – qədim İpək Yolu üzərində yerləşən və heyrətamiz memarlığı, ləzzətli yeməkləri və mehriban insanları ilə tanınan əsl şərq şəhəridir. Şəki bu gün də sanki orta əsrlərə xas cazibəsini qoruyur. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun