şərab və mədəni irs Şəki Şərab Muzeyi

Şəki Şərab Muzeyi təkrarolunmaz ekspozisiya, gözəl oynaq və sakit şərabları ilə ziyarətçiləri qədim Şəki şəhərinə cəlb etməyə davam edir. Azərbaycanın qədim şərabçılıq ənənələrini simvolizə edən bu muzey şərab və tarix həvəskarları üçün əvəzolunmaz məkandır.

Şəkinin zənginşərabçılıq irsi

şərab və mədəni irsŞəki Şərab Muzeyi

“Şəki Şərab” zavodu ziyarətçilərini Böyük Qafqaz dağlarının, Alazan vadisinin və gözoxşayan üzüm plantasiyalarının mənzərəsi ilə qarşılayır. Zavod ərazisində yerləşən Azərbaycanın ilk şərab muzeyi isə qonaqları şərabçılıq tarixinə qısa, lakin olduqca maraqlı səyahətə aparır. Muzeydə Azərbaycanın üzümçülük və şərabçılıq mədəniyyətinin tarixini, üzümlərin sıxılma metodologiyasını və şərabın saxlanma qaydalarını əks etdirən zəngin ekspozisiya təqdim olunur. 500-dən artıq eksponat arasında şərab şüşələri kolleksiyasını, şərab etiketlərini, unikal fotoşəkilləri, rəsm əsərlərini, arxeoloji qazıntılar nəticəsində tapılmış artefaktları, həmçinin qədim şərab qablarının surətlərini görə bilərsiniz. Müasir multimedia ekspozisiyasında Azərbaycanın XIX və XX əsrin əvvəllərinə aid unikal şərab etiket kolleksiyasını kəşf etmək və şərabdan ilhamlanan görkəmli Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olmaq mümkündür.

Ekskursiya zamanı keçirilən dequstasiya turunda qonaqlar şərabların dadına baxmaqla yanaşı, onların yaranma tarixi və istehsal prosesi ilə də yaxından tanış olurlar. “Şəki Şərab” zavodu ölkəmizdə yeganə oynaq şərab istehsalçısı kimi ziyarətçilərə həm oynaq, həm də klassik şərablardan dadmaq imkanı təqdim edir. Tur proqramına şərab dequstasiyası ilə yanaşı, qəlyanaltı seti, muzeyin və istehsalat sahəsinin ziyarəti də daxildir.
 

Ətraflı məlumat üçün:

Ünvan: Şəki, Çələbixan qəsəbəsi

Tel.: +99455 203 76 22 (muzey); +99410 723 71 72 (mağaza)

şərab və mədəni irs | Şəki Şərab Muzeyi
QALEREYA

Şəkidə şərabçılıq tariximizə nəzər salın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
17.8°C
Orta:
11.1 – 26.8°C / 52.0–80.2°F

Temperaturu hiss et

Hazırda:
16.7°C
Orta:
11.3 – 31.7°C / 52.3–89.1°F

Külək

Hazırda:
  • Əsasən günəşli
  • Cənub-Şərq
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Şəkinin qədim mərkəzi

Göstər:

Şəkidədigər fəaliyyət növləri

Şəkidə  aqroturizm təcrübəsi
Şəkidə aqroturizm təcrübəsi
Ailəvi istirahət

Şəkidə aqroturizm təcrübəsi

Şəki elə bir diyardır ki, orada hər kəs öz maraq dairəsinə uyğun fəaliyyətlər tapa bilər.... Daha ətraflı

nəsillərin yadigarı ipəkçilik diyarı Şəki
nəsillərin yadigarı ipəkçilik diyarı Şəki
İncəsənət, mədəniyyət, irs

nəsillərin yadigarı ipəkçilik diyarı Şəki

Böyük Qafqaz dağlarının qoynunda məskən salan qədim ipəkçilik diyarı Şəki şəhərinə səyahət edərkən çoxəsrlik el... Daha ətraflı

Şəki xanlarının mirası Xan məscidi
Şəki xanlarının mirası Xan məscidi
Tarix və diyarşünaslıq muzeyləri

Şəki xanlarının mirası Xan məscidi

Şəki Xan məscidi kompleksi Xan Sarayından sonra görülməli olan mühüm tarixi məkanlardan biridir. Şəki xanlığının... Daha ətraflı

Şəkinin Kiş adası
Şəkinin Kiş adası
Ailəvi istirahət

Şəkinin Kiş adası

Füsunkar dağ mənzərələri ilə əhatələnən və Kür çayının qolları boyunca uzanan “Kiş adası” istirahət mərkəzi... Daha ətraflı

tarixdən gələn ənənəvi hamam təcrübəsi
tarixdən gələn ənənəvi hamam təcrübəsi
Rekreasiya

tarixdən gələn ənənəvi hamam təcrübəsi

Bir vaxtlar Böyük İpək Yolunun üzərində yerləşən Şəki nəinki ipəkçilik diyarı olması ilə həm də... Daha ətraflı

Şəki dağlarına at belində səyahət
Şəki dağlarına at belində səyahət
Ailəvi istirahət

Şəki dağlarına at belində səyahət

Şəki özünün ecazkar təbiəti, zəngin tarixi abidələri və möhtəşəm memarlıq nümunələri ilə həmişə cəlbedici olub.... Daha ətraflı

Kiş – Baş Göynük marşrutu üzrə haykinq
Kiş – Baş Göynük marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Kiş – Baş Göynük marşrutu üzrə haykinq

Kişdən Baş Göynük kəndinə yürüş uzun və fiziki cəhətdən yorucu olsa da, cığırlar hər yerdə... Daha ətraflı

Baş Göynük – Kiş marşrutu üzrə haykinq
Baş Göynük – Kiş marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Baş Göynük – Kiş marşrutu üzrə haykinq

Baş Göynükdən qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzun və fiziki cəhətdən... Daha ətraflı

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
Qumux – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qumux – Qaşqaçay marşrutu üzrə haykinq

Qumuxdan Qaşqaçaya gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun... Daha ətraflı

Şəki Xan Sarayında ekskurasiya
Şəki Xan Sarayında ekskurasiya
YUNESKO-nun dünya irsi

Şəki Xan Sarayında ekskurasiya

Şəki Xan sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Bu incə və möcüzəli tikilini görmədən Şəkini tərk... Daha ətraflı

Dolma bükmək üzrə master-klaslar
Dolma bükmək üzrə master-klaslar
Kulinariya master-klasları

Dolma bükmək üzrə master-klaslar

Milli mətbəximizin ən dadlı təamlarından olan dolmanın onlarla növündən biri dopuda bişirilir. Yolunuz Şəkiyə düşərsə,... Daha ətraflı

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq
İncəsənət, mədəniyyət, irs

Qafqaz Albaniyasının qədim irsi ilə tanışlıq

Şəki şəhəri yaxınlığında yerləşən Kiş kəndi qədim tarixə malikdir. Burada yerləşən Alban məbədi öz memarlıq... Daha ətraflı

Sənətkarlıq emalatxanaları və əl işləri
Sənətkarlıq emalatxanaları və əl işləri
Xalq sənətkarlığı

Sənətkarlıq emalatxanaları və əl işləri

Şəki şəhərində yerli sənətkarlıq dükanlarına baş çəksəniz, orijinal sənətkarlıq nümunələrindən ibarət bu aləmdən zövq alacaqsınız.... Daha ətraflı

Qədim Şəkidə tarixi gəzinti
Qədim Şəkidə tarixi gəzinti
İncəsənət, mədəniyyət, irs

Qədim Şəkidə tarixi gəzinti

Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağının ətəyində yerləşən qədim Şəki şəhəri təbii gözəllikləri və tarixi abidələri... Daha ətraflı

Halva hazırlanması üzrə master-klaslar
Halva hazırlanması üzrə master-klaslar
Kulinariya master-klasları

Halva hazırlanması üzrə master-klaslar

Şirniyyat həvəskarları Şəki halvası, bamiyə və digər yerli təamların dadından xəbərdardırlar. Şəkiyə səfər edərkən, özünüzü... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şəki
Şəki

Şəki

Şəki – qədim İpək Yolu üzərində yerləşən və heyrətamiz memarlığı, ləzzətli yeməkləri və mehriban insanları ilə tanınan əsl şərq şəhəridir. Şəki bu gün də sanki orta əsrlərə xas cazibəsini qoruyur. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun