Naxçıvanın incisiNehrəm İmamzadəsi
Nehrəm İmamzadəsi türbə, məscid və yardımçı binalardan ibarət böyük kompleksdir. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi kompleksin XVIII əsrə aid olduğunu göstərir. Kompleksin özəyini təşkil edən türbənin daxilindəki xəttatlıq işləri Mehdi adlı sənətkara məxsusdur.
Türbənin içərisində yerli əhalinin deyil, digər ölkələrdən və bölgələrdən gələn qonaqların da əhəmiyyətli ziyarət obyekti olan bir qəbir var. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə olmasa da, yerli xalq arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunub. Bu gün müxtəlif istiqamətlərdən gələn zəvvarlar bu müqəddəs qəbri ziyarət edir, nəzir verir və qurban kəsirlər.