Əshab-i Kəhfəsəfər edin
Culfa yaxınlığında yerləşən Əshab-i Kəhf mağarası Naxçıvandakı əfsanə və sirlərlə zəngin məkanlardan biridir. Bu müqəddəs mağara kompleksinin Quran surələrinin birində xatırlanan "yeddi yatmış gənc" ilə əlaqəli olduğu təxmin edilir. Yeddi gənc Dağ Yunis adlı zalım yerli hökmdarın zülmündən xilas olmaq üçün onlara qoşulan köpəklə birlikdə mağaraya sığınırlar. Onları yuxu tutur və 309 il sonra oyanırlar... Bu gün isə Əshab-i Kəhfölkəmizin hər tərəfindən zəvvarların ziyarət etdiyi ocaqdır. Mağara Naxçıvan şəhərindən 12 km şərqdə – Culfaya gedən əsas yolun yaxınlığında yerləşir. Bura gəlib niyyət edənlər qurban kəsir, kol və ağaclara parça bağlayır və digər ayinləri yerinə yetirirlər.






























