incəsənət ocağıBəhruz Kəngərli Muzeyi
Bəhruz Kəngərli Muzeyi Azərbaycan realist rəssamlıq məktəbinin banisi, görkəmli şəxsiyyət kimi tarixdə yaşayan Bəhruz Kəngərlinin əziz xatirəsinə yaradılmışdır. 1938-1939-cu illərdə Ümummilli Lider Heydər Əliyev bu binada (o zamankı Naxçıvan Pedaqoji Texnikumunda) təhsil almışdır. 2002-ci ilin 18 iyun tarixində Ulu Öndər bu muzeyin açılışında iştirak etmişdir.
2013-cü ildə aparılan əsaslı yenidənqurmadan sonra muzey binasının açılışı olmuşdur. Muzey şərq və qərb memarlıq elementlərinin sintezindən ibarətdir. İkimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu vətənimizin gözəlliklərini tərənnüm etmişdir. Cəmi 30 il ömür sürən tanınmış rəssam 2 mindən çox rəsm əsəri yaratmışdır. Muzeydə 63-ü rəssamın əsərlərinin orijinalı olmaqla 1300-dən artıq eksponat nümayiş etdirilir.
Ətraflı məlumat üçün:
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
İş qrafiki: Çərşənbə axşamı – cümə: 10:00-18:00, Şənbə və bazar: 10:00-17:00
Giriş sərbəstdir.